Pirbidağ | |
---|---|
![]() | |
35°36′42″ şm. e. 51°27′13″ ş. u.HGYO | |
Ölkə | |
Pirbidağ və ya Pirbılağ və ya Pirbulaq[1] (fars. پیربداغ/ پیربلاغ/ پیربداق) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Kənd Kövsər şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir.
2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 316 nəfər (kişilər: 140 nəfər — qadınlar: 176 nəfər) olmuşdur. Kənddə 57 ailə yaşayır[1]. Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar.[2]
Ərdəbildən 90 km cənub-qərbdə, Givi şəhərindən 30 km qərbdə,37° 42' 16" şimal enində və 48° 08' 11" şərq uzunluğunda, dəniz səviyyəsindən 1810 m yüksəklikdə yerləşir. Şimaldan Təbrizək, cənub-şərqdən Aftafa, şərqdən Pərdəsti və Nilaq, qərbdən isə Üçbulaq və Bağçacıq kəndləri ilə əhatə olunub.
Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Pirbidağın əhalisinin 100% müsəlmandır və hamısı şiə təriqətinə (İsnə Əşəriyyə) məxsusdur.