Piridazin

Piridazin
Ümumi
Sistematik adı Piridazin- 1,2-diazin
Kimyəvi formulu C4H4N2
Molyar kütlə 80,09 q/mol
Fiziki xassələri
Sıxlıq 1,1054 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -8   °S
Qaynama nöqtəsi 208  °S
Təsnifatı
CAS-da qeyd. nöm. 289-80-5
PubChem
ChEBI 30954
ChemSpider

Piridazin (kimyəvi formulu: C4H4N2 (1,2-diazin)) heterotsiklik aromatik birləşmədir. Piridazin İki qonşu karbon atomu azotla əvəz edilmiş benzol həlqəsinə malikdir.

Piridazin hidrazinin a-ketoqlutarik turşusu ilə reaksiyasindan alınır.

Suda, dietil efirində, benzolda və spirtdə həll olan rəngsiz mayedir. Piridazin doymuş karbohirogen məhlulunda həll olmur.Piridinə nisbətən piridazin daha zəif əsasdır. Nitratlaşma, sulfatlaşma, halogenləşmə reaksiyasına praktik olaraq daxil olmur. Alkilhalogenidlərlə N-duzlar əmələ gətirir. Güclü oksidləşdiricilərlə reaksiyaya daxil olmur. Hidrogen peroksidlə N-oksid əmələ gətirir.

Piridazin 1

Piridazindən üzvi sintezdə istifadə edilir. Piridazindən herbisidlər, antivirus və antibakterioloyi vasitə kimi istifadə edilir.

  • Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1992. — Т. 3 (Мед-Пол). — 639 с. — ISBN 5-82270-039-8.
  • О. Я. Нейланд. Органическая химия. — М.: Высшая школа, 1990. — 751 с. — 35 000 экз. — ISBN 5-06-001471-1.
  • Waldron J.W., пат. США 2454019, ноябрь 16, 1948.
  • Arndt F., Nachtwey P., Ber. deut. chem. Gesell., 1926, 59B, 448.