Pirofillit

Pirofillit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al₂Si₄O₁₀(OH)₂
Strunz təsnifatı VIII/E.04[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pirofillit Al2 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Xromlu pirofillit (3%-dək Cr2O3); aqalmatolit – sıx gizlipulcuqlu kütlələr.

Rəng – ağ, sarımtıl-ağ, gümüşü-ağ, boz, yaşılımtıl, qəhvəyi, alma kimi yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, yağlı, lövhəvari aqreqatlarda – sədəfi; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,6-2,9; Sərtlik – 1-1,5; Ovulur; vərəqləri əyilgəndir, lakin elastik deyil. Sıx kütlələri görünüşcə və əl ilə yoxladıqda yağlıdır; Ayrılma – {001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: prizmatik; Mineral aqreqatları: nazikvərəqli, lövhəvari - şüalı, xırdapulcuqlu, dərzşəkilli, sıx.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Hidrotermal pirofillit adətən damarətrafı dəyişilmələrin məhsulu kimi alüminium oksidi ilə zənginləşmiş süxurlarda müşahidə edilir. Alüminium oksidi ilə zəngin olan süxurlar metamorfik pirofillit üçün də əlverişlidir. Mineral hidrotermal damarlarda, kristallik şistlərdə, törəmə kvarsitlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kvars, mika, kassiterit, topaz və b. Mineralın tapıldığı yerlər: Çinin bir sıra rayonları; Maqadan vilayəti, Çistoqorov (Rusiya); Ovruç yatağı (Ukrayna); Şimali Karolina (ABŞ) və b. Azərbaycanın Daşkəsən rayonunda Şişqaya alunit-pirofillit yatağı yerləşir. Pirofillit çox vaxt bu rayonun metasomatitlərində də təzahür edir. İkinci dərəcəli mineral kimi Kiçik Qafqazın bir sıra sulfid yataqlarının (Çıraqdərə, Toğanalı, Bittu-bulaq, İtqırılan, Nəsirvaz və b.) törəmə kvarsitlər formasiyasına aid olan filizyanı metasomatitlərində müşahidə edilir.

Keramika, kagız, rezin, elektrotexnika, tikinti sənayesi üçün mühüm xammaldır. Aqalmatolit müxtəlif məmulatların – kiçik heykəllərin, bəzək şeylərinin və b. hazırlanmasında istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]