Pirokatehin

Pirokatehin
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C6H4(OH)2
Molyar kütlə 110,11 q/mol
Fiziki xassələri
Sıxlıq 1,34 ± 0,01 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 105   °S
Qaynama nöqtəsi 240  °S
Buxarın təzyiqi 10 ± 1 mm Hg
Təsnifatı
CAS-da qeyd. nöm. 120-80-9
PubChem
RTECS UX1050000
ChEBI 18135
ChemSpider

Pirokatexin (1,2-dihidroksibenzol) — kimyəvi formulu C6H4(OH)2 olan üzvi birləşmə, iki atomlu fenol.

Dihidroksibenzolun mümkün üç izomerindən biri, digər ikisi hidroxinon və rezorsin.

Pirokatexin 1839-cu ildə alman kimyaçısı H.Reynş tərəfindən katehin ekstraktının quru qovulması nəticəsində alınmışdı. 1880-ci ildə də C.M.Eder və B. Tot tərəfindən təklif edilmişdi.

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Fenol qoxusu olan ağ kristallar, işıqda və havada, qəhvəyi rəngə qədər qaralır. Suda yaxşı həll olunur(43 q 100 ml suda).

Halogen əvəz olunan fenolların qələvilərlə reaksiyası zamanı pirokatexinin natrium duzu alınır və sonra sulfat turşusuyla turşulaşdırdıqda pirokatexin alınır.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Pirokatexinin kimyəvi xassələri fenolların xassələrinə malikdir. Ftal anhidridi ilə reaksiya zamanı alizarin və qistazarin əmələ gəlir.

Electrochemical interconversion of 1,2-benzoquinone and catechol

Xlorsirkə turşusunun xloranhidridi ilə katalizator POCl3 və ya AlCl3 iştiraki ilə adrenalon(V) sonra isə adrenalin (VI) alınır.

Pirokatexin alerqik reaksiya verə bilər və eyni zamanda mutagen və kanserogen xüsusiyyətlərə malikdir. Dərinin şiddətli qıcıqlanmasına və dermatitə səbəb olur.

Pirokatexin dərman preparatların istehsalında(məs.adrenalinin), şəkil çəkmə prosesində fotoreagent kimi, xəzlərin rənglənməsində istifadə olunur.

  1. Харлампович Г. Д., Чуркин Ю. В. Фенолы. М., 1974; Общая органическая химия. M., 1982. Т. 2.
  2. Гауптман 3., Грефе Ю., Ремане X., Органическая химия, пер. с нем., М., 1979