Pirolüzit

Pirolüzit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
MnO₂
Strunz təsnifatı IV/D.03a[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya tetraqonal[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pirolüzit — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Növ müxtəliflikləri

[redaktə | vikimətni redaktə et]

Polianit – mineralın aydınkristallik növ müxtəlifliyi.

Rəng – çox vaxt göyümtül çalarlı poladı-bozdan qarayadək, polianitin–dəmiri-boz; Mineralın cizgisinin rəngi – qara, tutqun; Parıltı – yarımmetal parıltısından metal parıltısınadək, donuq; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-5,2; Sərtlik – mineralın aqreqat halından asılıdır: kristallarda – 6-6,5; aqreqatlarda 2-dək azalır; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Bölünmə – qeyri-hamar, tikanlı; Başqa xassələr – yarımkeçiricilik xassələrli ilə səciyyələnir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, iynəvari; İkiləşmə: nadirdir; Mineral aqreqatları: dənəvər, gizlikristallik, torpaq- və hisvari (duda), qarışıq lifli kütlələr; böyrək - və salxımvari əmələgəlmələr – «qara şüşə kəllə», radial-şüalı oolitlər, konkresiyalar, təbəqəvari dendritlər, qabıq və qaysaqlar, jelvaklar, həmçinin druzalar və fırçalar (polianit), manqanit, rodoxrozit, dolomit və b. üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

[redaktə | vikimətni redaktə et]

Pirolüzit əsasən ekzogen mənşəlidir. Onun ən böyük yataqları hövzələrin sahilyanı zonalarında yerləşən çökmə-dəniz əmələgəlmələri ilə təmsil olunmuşdur. Pirolüzit manqanla zənginləşmiş süxurların aşınma qabığının və manqan filizi yataqlarının oksidləşmə zonalarının xarakterik mineralıdır (manqan papağı). Sualtı püskürmələrlə onun eksqalyasion - çökmə əmələgəlmələri əlaqədardır. Bəzən hidrotermal yolla əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: maqnetit, psilomelan, braunit, qausmannit, ramsdellit, hötit, hidrohötit, lepidokrokit, kvars, kalsit. Mineralın tapıldığı yerlər: Balaqxat, Naqpur, Banda (Hindistan); Qrut-Aylend adası (Avstraliya); Qana; Çiatura (Gürcüstan); Nikopol (Ukrayna); Prşibram (Çexiya); Zigerland, İlmenau, Erenşok, Elqesburq (Almaniya); Layfayett (Braziliya) və b. Azərbaycanda manqan filizi obyektləri Molla-Cəlil və Elvor yataqları (Göy-Göl rayonu) və Şahbuz (Biçənək), Ordubad (Kvanus), Qazax (Daşsalahlı), Şəmkir, Kəlbəcər rayonlarında yerləşən bir sıra kiçik filiz təzahürləri ilə təmsil olunmuşdur.

Mühüm manqan filizidir; quru eliktrik batareyalarının istehsalında, kimya, şüşə, dəri emalı sənayesində, təbabətdə və başqa sahələrdə geniş istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]