Piroxlor

Piroxlor
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Zolaq rəngi
Sıxlıq 2,81 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piroxlor mineral, NaCaNb2O6F.

Piroxlor - adi qatışıqları: Ta, Y, TR, U, Th, Fe, Ti; Nb Ta-la tam əvəz olunduqda - mikrolit. Kubik. Habitus oktaedrik. İkiləşməsi şpinel qanunu üzrə. Ayrılması {111} üzrə qeyri-mükəmməl. Rəngi rəngsiz, sarı, qonurdan qaraya kimi. Sərtliyi 5,5. Xüsusi çəkisi 4,2-6,4, lakin Ta miqdarı artıqca xüsusi çəkisi artır. Çox vaxt metamikdir. Qələvi süxurlarda, peqmatitlərdə, karbonatitlərdə rast gəlinir. Nb, Th, U filizidir. Növ müxtəlifliyi: elsvorit, qatçettolit, titanpiroxlor, uranpiroxlor, mikrolit, obruçevit, marinyakit, plüm­bopiroxlor. Sinonim: Koppit.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.