Pisunda

Pisunda
abx. Пицунда
gürc. ბიჭვინთა
43°10′00″ şm. e. 40°20′00″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Region Abxaziya
Tarixi və coğrafiyası
Əvvəlki adları Pitiunt(q.yun. Πιτυοῦς), Pesonda(it. Pezonda)
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 4.198 nəfər (2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 840
Nəqliyyat kodu ABH
Xəritəni göstər/gizlə
Pisunda xəritədə
Pisunda
Pisunda
Pisunda xəritədə
Pisunda
Pisunda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pisunda (abx. Пицунда, Бичвинта, abx. Биҷвинҭа, gürc. ბიჭვინთა) — Gürcüstanda, Abxaziyanın şimal-qərbində şəhər. Qara dəniz sahilində kurort şəhəri. Şəhər eyni adlı Pisunda burnunda yerləşir. Qaqra şəhərindən 25 km cənubdadır.

Mütəxəssislər tərəfindən qəbul edilməyən slavyan O.N.Trubaçovun[1] versiyasına görə, qədim şəhərin adı hind-ari dillərinə gedib çıxır — pitunda — şam deməkdir.[2]

Şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl IV əsrdə yaranmışdır. Sonralar yunanlar burnunda qədim "Pitiunt" (q.yun. Πιτυοῦς, Şam) şəhər-limanın əsasını qoydular. Şəhər bizim e.ə I əsrdə Pont çarlığının tərkibində yerləşirdi. E.ə. I əsrin sonunda ərazidə roma qalası olmuşdur. IV əsrdən isə burada Qafqazda xristian dininin mərkəzlərindən birinin əsası qoyulmuşdur.

780-ci illərdə Pisunda Abxaziya çarlığının, X əsrin sonundan isə birləşmiş Abxaziya-Gürcüstan dövlətinin tərkibinə daxil oldu. XI əsrdən gürcü mənbələrində Pitsunda Biçvinta adı ilə qeyd olunur.

17–18-ci əsrlərdə Osmanlı imperiyasının tabeliyində olan şəhər 19-cu əsrin əvvəllərindən Abxaziya ilə birlikdə Rusiya imperiyasının tərkibinə daxil oldu.

2007-ci ildə şəhər tipli Pitsunda qəsəbəsi şəhər statusu almışdır.

Şəhər Qara dənizin Pitsunda körfəzinin sahilində eyniadlı burnunda yerləşir. Şəhər ərazisində Bzıb çayı, İnkit, Pisunda, Anışxasra gölləri var.

Pitsunda iqlimi Qaqra iqliminə bənzər rütubətli Aralıq dənizi iqlimidir. Yayı isti, avqustun temperaturu +29 °C, qışı mülayim, yanvarın temperaturu təxminən +11 °C, orta illik +16,5°C-dir. Yağıntılar əsasən yağış formasınd və ilin bütün il boyu düşür. İllik yağıntı miqdarı 1400 mm-dir.

1990-cı illərin əvvəllərində baş verən hərbi əməliyyatlardan sonra rus və gürcü əhalisi kəskin şəkildə azaldı. 2003-cü ildə Abxaziya Respublikasının hakimiyyət orqanları tərəfindən aparılan siyahıyaalmaya əsasən şəhərin əhalisi 3842 nəfər idi.[3]

2011-ci ilin siyahıya alınmasına görə şəhər əhalisinin sayı 4198 nəfər olub. Onlardan 2465 nəfəri abxaz (58,7%), 1144 nəfər rus (27,3%), 180 nəfər erməni (4,3%), 135 nəfər gürcü (3,2%), 93 nəfər ukraynalı (2,2%), 181 nəfər — digərləri (4,3%).[4]

  1. [1]Arxivləşdirilib 2021-10-29 at the Wayback Machine Тохтасьев С. Р. Синды и скифы, Археология без границ [FS А. Ю. Алексеев] (ТГЭ 77) 2015 | sergej R tokhtas'ev — Academia.edu
  2. Трубачёв О. Н. Indoarica в Северном Причерноморье: Реконструкция реликтов языка. Этимологический словарь. М.: Наука, 1999. — С. 261.
  3. "Этнокавказ Население Абхазии 2003". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-04.
  4. "Перепись населения Абхазии 2011. Гагрский район". 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.