Piyrisar adası | |
---|---|
est. Piirissaar | |
Ümumi məlumatlar | |
Sahəsi | 7,76 km² |
Hündür nöqtəsi | 4,2 m |
Əhalisi | 73 nəfər (2010-cu il) |
Yerləşməsi | |
58°22′30″ şm. e. 27°30′30″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Piyrisar adası[1][2][3][4][5] — ada Estoniya ərazisində, Çud gölündə yerləşir. Şirin sulu Çud-Pskov gölünün sahəsinə görə Kolpina adasından sonra ikinci ən böyük adasıdır. Estoniyanın Tartumaa qəzası, Piyrisar volostuna daxildir.
Piyrisar adası Çud gölünün cənubunda yerləşir. Göldə olan 22 adadan biridir. Sahəsi 7.76 km²-dir. Gölə axan ən böyük çay olan Emayiqı çayının ağzından 15 km məsafədədir. Gölün qərb sahilindən Paroxodnı kanalı ilə ayrılır. Adandan Estoniya sahillərinə qədər olan məsafə təxminən 2,5 km, Rusiyaya qədər isə 5.5 km-dir. Ada düzəndir, göldən orta hündürlük 1-2 metrdir. Adanın şərq hissəsi 4.2 metrə qədər yüksəlir. Adada Piiri, Tooni və Saare kəndləri yerləşir. Adanın qalan hissəsi aşağı və çox bataqlıqdır, buna görə şimal-qərb sahilləri tez-tez daşqınlardan əziyyət çəkirlər. Adanın əsas problemi, eləcə də dayaz Çud gölü ilə əlaqədar olaraq, naviqasiya kanallarının, xüsusən həm sərnişin, həm də yük gəmilərinin gəldiyi yolların lillə dolmasıdır. Estoniyanın materik hissəsi ilə əlaqə «Koydula» bərəsi tərəfindən təmin edilir. Gediş 40 dəqiqə davam edir.
Ada Şimal müharibəsi (1700-1721) dövründə köhnə rus etiqatçıları tərəfindən məskunlaşdırılmışdır. Bununla da Patriarx Nikonun islahatlarından yayınmağa və nizami orduya qoşulmamağa çalışmışdılar. Müasir adanın sakinlərinin əksəriyyəti ruslardır. Onlar hələ də bu inanca aiddirlər. Adada boş qalan Həvari Pyotr və Pavlun kilsəsi var (1927-1933). Adanın əsas dili rus, rəsmi dili estondur.
Alman Hərbi Hava Qüvvələri 1944-cü ilin fevral ayında adaya ən çox ziyan vurmuşdur.
Ada sakinlərinin sayı 1920-ci ildəki 700-dən 2010-cu ildə 73-ə düşmüşdür. Piyrisar tarixəndə yüksək işsizlik nisbəti ilə gənclərin (əsasən Leninqrad, Tartu və Tallinə) ən intensiv axını 1970-80-ci illərdə müşahidə edilmişdir.
Adada üç kənd vardlr: Piiri, Saare və Tooni. Bunların hamısı Piyrisar volostuna daxildirlər.