Pişik sorucusu

Pişik sorucusu
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes.
???:
Pişik sorucusu
Beynəlxalq elmi adı
  • Opisthorchis felineus

Pişik sorucusulat. Opisthorchis felineus Yastı qurdlar (Plathelminthes) tipinin növüdür.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Pişik sorucusu 10 mm uzunluğunda olub, ön hissəsinə nisbətən bədənin dal hissəsi genişlənmiş formadadır. Bədənin ön hissəsində ağız sormac, ondan dalda isə qarın sormacı yerləşmişdir. Bədəni yarım şəffafdır və ona görə də daxili orqanlarından bağırsaq, balalıq aydın şəkildə görünür. Pişik ikisormaclısının ən xarakterik cəhətləri bədənlərinin arxa qurtaracağında toxumluqların yerləşmə vəziyyəti və onların nəlbəkişəkilli formaya malik olmasıdır. Cinsiyyət sistemi hermofroditdir. Bunların inkişafı 3 sahibdə gedir. Bu sorucunun birinci aralıq sahibi Bithynia leachi ilbizi, ikinci aralıq sahibi isə balıqlardır: Külmə, enlişaş və b. balıqlar. Pişik insanlarda da təsadüf olunur. Bəzən onlar insanın qaraciyərində külli miqdarda olur və müxtəlif xəstəlik törədirlər. İnsan O.feleneusun sistalaşmış metaserkarisinə malik çiy və ya qaxac edilmiş balığı yeməklə yoluxur. Tam inkişafları 4–4,5 ay müddətində başa çatır. Parazitin törətdiyi xəstəliyə opistorxoz deyilir.

Sibirdə və Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır. Qərbi Sibirdə daha geniş yayıldığı üçün onlara Sibir sorucusu da deyilir.

  • Parazit həyat tərzi keçirirlər. Yetkin mərhələdə itin, pişiyin, tülkünün və başqa heyvanların qaraciyərində parazitlik edir. İnsanlarda da təsadüf olunur. Hermafroditdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, 568səh;
  • V. A. Dogel "Onurğasızlar zoologiyası". Bakı, "Maarif", 1988, 288 səh.