Podrine

Drina çayının vadisi
Drina çayı üzərində körpü
Podrine regionu (Bösniya və Herseqovina

Podrine — Balkan yarımadasında yerləşən coğrafi vilayət. Drina çayı hövzəsində yaşınan slaviyanlar bölgəni bu cür adlandırmışlar.

İqtisadi-coğrafi vəziyyəti

[redaktə | vikimətni redaktə et]

Podrinenin Serbuya ərazisində yerləşən mikrovilayətlər: Azbukovisa, Yadar, Leşnisa və Maçva. Bosniya və Herseqovinada yerləşən mikro regionlar: SemberiyaBiraç. Podrine vilayətinmdən şimalda Posavina yerləşir. Podrine müxtəlif suxurlardan ibarətdir. Burada sinq, qurğuşum, boksit və s. kimi yataqlara sahibdir. Çayın axdığı ərazi boyunca Baina-Başta, Zvornik və Vişeqrad SES yerləşir.

Podrinedə, əsasəndə Lyuboviya, Bratunasda giləmeyvə yetişdirilir. Sənayedə kifayət qədər inkişaf etdirilmişdir. Ancaq yol sistemi demək olar ki, yoxdur. Bunun səbəbi isə çayın axdığı kanyon və dərələr yol inşasına imkan vermir. Ümumilikdə isə bölgədə əhali azdır. Ən iri şəhərləri:Loznisa, Viçeqrad, Srebrenisa. Üç şəhər ətrafı kurort zonası vardır: Banya-Kovilyaça (Serbiya), Srebrenişka-Banya və Viçeqrad-Banya (Bosniya və Herseqovina)

1918-ci ildən 1922-ci ilə qədər paytaxtı Şabas olan Podrine rayonu, SSX Krallığının bir vilyati olmuşdur. 1922-1929-cu illərdə Podrine rayonu təxminən eyni ərazidə yerləşir. 1929-cu ildə isə vilayətin paytaxtı Sarayevoda olan Drina banovina qurulmuşdur. Banovina Bosniya və Herseqovina və Serbiyanın ərazilərini əhatə etdirdi.

Bosniya müharibəSİ zamanı mnlərlə müsəlman öldürüldü, çoxu isə qaçqın düşdü. Bəziləri Srebrenitsa qətliamının qurbanı oldu[1]. Sarayevo Tədqiqat və Sənədlər Mərkəzinin məlumatlarına görə, Podrinje bölgəsində ən çox dinc sakin öldürülmüşdür. Bosniya müharibəsində rəsmi olaraq öldürülən 97,207-dən, 28666 nəfər Podrinedə qətl edilmişdir (Mirsad Tokaçın 2007-ci ildə apardığı hesablamalara görə)[2]. Hazırda Bosniya və Herseqovina Federasiyasına daxil olan kantonlardan biri Bosniysko-Podrine adını daşıyır.

Bosniya və Herseqovina Bosniya və Herseqovina (Serb Respublikası; Bosniya-Podrine kantonu Bosniya və Herseqovina Federasiyası)
Serbiya Serbiya (Maçvan dairəsi; Zlatibor dairəsi)
  1. Bećir Bogilović's evidence at Orić trial, 21 March 2005, ICTY, p. 6367 [1] Arxivləşdirilib 2018-01-06 at the Wayback Machine, icty.org; retrieved 31 July 2010.
  2. Nidzara Ahmetasević. Balkan Investigative Reporting Network "JUSTICE REPORT: Bosnia's Book of the Dead" Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine, 21 June 2007; retrieved 31 July 2010.