Pol Karason

Pol Karason
Doğum tarixi 1951
Doğum yeri
Vəfat tarixi 2013

Pol Karason (1951, Bellinqham, Vaşinqton2013) — ABŞ-ın Vaşinqton ştatının Bellingham şəhərindən olan və bənövşəyi-mavi dəri rəngi ilə tanınan şəxs.[1]

Bu qeyri-adi vəziyyətin yaranma səbəbi, Karasonun uzun müddət sağlamlıq problemlərini müalicə etmək məqsədilə kolloidal gümüşdən istifadə etməsi idi. Kolloidal gümüş, antibakterial xüsusiyyətlərə malik olduğu üçün qədim dövrlərdə müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunub. Lakin müasir tibb, bu maddənin təhlükəli təsirlərini aşkar edərək, uzun müddət istifadəsinin "argirya" adlı bir xəstəliyə yol aça biləcəyini müəyyən edib. Argirya, dəridə gümüşün toplanması nəticəsində dərinin mavi və ya bənövşəyi rəng alması ilə xarakterizə olunur.[2]

Karason 2007-ci ilin yayında Oreqondan Maderaya köçdü. O, özünü bir qədər tənha biri kimi təsvir edirdi.[3] 2012-ci ildə evini itirdi və Bellinqham şəhərindəki evsizlər sığınacağına. 2013-cü ildə isə ürək çatışmazlığı və insult nəticəsində dünyasını dəyişib.[4]

  1. "Blue Man Falls on Hard Times". Inside Edition. 14 May 2012.
  2. "The true blue story of Paul Karason". NBC News (ingilis). 22 January 2008. İstifadə tarixi: 18 October 2021.
  3. "Blue man seeks acceptance". ABC7 San Francisco (ingilis). 19 December 2007. İstifadə tarixi: 18 October 2021.
  4. Moran, Lee. "Man who turned blue after taking silver for skin condition dies". New York Daily News. 25 September 2013. İstifadə tarixi: 18 October 2021.