Pol Oster

Pol Oster
Paul Auster
Oster 2010-cu il Bruklin Kitab Festivalında
Oster 2010-cu il Bruklin Kitab Festivalında
Təxəllüsü Paul Queen[1] Paul Benjamin
Doğum tarixi 3 fevral 1947(1947-02-03)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 30 aprel 2024(2024-04-30)[4] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi[6]
Milliyyəti Amerikalı
Həyat yoldaşları Lidia Deyvis, Siri Hustvedt
Uşaqları 2
Təhsili
Fəaliyyəti ssenarist, kinorejissor, dilçi, tərcüməçi, romançı, şair, esseist, universitet müəllimi[d], avtobioqraf[d], yazıçı, dramaturq, musiqiçi, librettoçu, tənqidçi, redaktor[d], film ssenaristi[d]
Fəaliyyət illəri 1974-cü ildən
Əsərlərinin dili ingilis dili
İstiqamət Postmodernizm
Janrlar Absurd ədəbiyyat, kriminal roman, detektiv
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi
Princess of Asturias Literary Prize
İmza
paul-auster.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Oster (3 fevral 1947[2][3][…], Nyuark, Nyu-Cersi[5]30 aprel 2024[4], Nyu-York, Nyu-York ştatı) — Amerikalı yazıçı, şair və ssenarist.

Pol Oster 1947-ci ildə ABŞın Nyu Cersi vilayətində doğulub. Kolumbiya Universitetində İngilis, Fransız və İtalyan ədəbiyyatı üzrə təhsil alan 1971–1974-cü illər arasında Fransada yaşayan və ənənəvi kitab mövzularının xaricinə böyük uğurla çıxıb yaradıcılığının sərhədlərini genişləndirə bilən Pol Osterin əsas əsərləri arasında Nyu-York Trilogiyası, Yalnızlığın kəşfi, İllüziyalar Kitabı, Qırmızı Dəftər, Leviathan, Vəhy Gecəsi, Duman, Görünməyən, Yüksəklikdən Qorxma, Yazı Otağında Səfərlər, Qaranlıqdakı Adam vardır. Osterin yazıçılığa ilk başladığı illərdəki çətin günlərində Pol Benjamin imzası ilə nəşr etdirdiyi bir detektiv romanı da var. Bu roman yazıçının avtobioqrafik romanı olan Cibi Cırıq-ın əlavəsi olaraq çap olunmuşdur.

2006-cı ildə İspaniyanın mühüm mükafatlarından olan Asturias Mükafatını ədəbiyyat sahəsində Pol Oster qazanmışdır. Yazıçının Tüstü, Gömgöy Üz adlı ssenariləri məşhur rejissor Uayne Uanq tərəfindən filmə çəkilmişdir. Daha sonra Lulu Körpüdə adlı kitabını da özü filmə çəkmiş, həm ssenarist, həm də rejissor olaraq yaradıcılığın bütün sahələrində özünə yer etmişdir. Film haqqında bir çıxışında öz yazma metodu barədə danışarkən Piter Brukun bir reportajından sitat gətirərək işlərində miflərin uzaqlığı ilə gündəlik həyatın sadəliyini birləşdirməyə çalışdığını bildirmişdir.

  • 1989 Prix France Culture de Littérature Étrangère Nyu-York Trilogiyası üçün
  • 1990 Morton Dauwen Zabel Award American Academy of Arts and Letters–dən
  • 1991 PEN/Faulkner Award for Fiction Şans Musiqisi üçün
  • 1993 Prix Médicis Étranger Leviathan üçün
  • 1996 Bodil Awards – Ən Yaxşı Amerika Filmi: Tüstü
  • 1996 Independent Spirit Award – Ən Yaxşı Ekran Oyunu: Tüstü
  • 1996 John William Corrington Award for Literary Excellence
  • 2001 IMPAC Award Timbuktu üçün
  • 2003 American Academy of Arts and Sciences ardıcılı
  • 2004 IMPAC Award İllüziyalar kitabı üçün
  • 2005 IMPAC Award Məbəd Gecəsi üçün
  • 2006 Ədəbiyyat üzrə Prince of Asturias Mükafatı
Pol Oster Bruklin Kitab festivalında(sağda John Ashbery)
  • 2006 American Academy of Arts and Letters-də ədəbiyyat üzrə seçilmişdir
  • 2007 Honorary doctor University of Liège-dən
  • 2007 IMPAC Award The Brooklyn Follies üçün
  • 2007 Commandeur de l'Ordre des Arts et des Lettres
  • 2008 IMPAC Award Travels in the Scriptorium üçün
  • 2009 Premio Leteo (León, Spain).
  • 2010 Médaille Grand Vermeil de la ville de Paris
  • 2010 IMPAC Award Man in the Dark
  • 2011 IMPAC Award Invisible
  • 2012 IMPAC Award Sunset Park
  1. Hand to Mouth
  2. 1 2 Paul Auster // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Paul AUSTER // NooSFere (fr.). 1999.
  4. 1 2 Sante L. Paul Auster’s New York Tragedy (ing.). 2024. ISSN 0362-4331
  5. 1 2 Union List of Artist Names (ing.). 2024.
  6. Creamer E. Paul Auster, American author of The New York Trilogy, dies aged 77 (brit. ing.). TheGuardian.com, 2024. ISSN 0261-3077

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]