Polygonum patulum

Polygonum patulum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir.

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Polygonum bellardii var. patulum (M.Bieb.) Meisn.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Polygonum bellardii var. gracilius Ledeb.
  • Polygonum bordzilowskii Klokov
  • Polygonum cretaceum Kom.
  • Polygonum gracilius (Ledeb.) Klokov
  • Polygonum kotovii Klokov
  • Polygonum novoascanicum subsp. cretaceum (Kom.) Tzvelev
  • Polygonum patulum f. budense Soó
  • Polygonum patulum subsp. kotovii (Klokov) Sutorý
  • Polygonum patulum f. nyirsegense Soó
  • Polygonum patulum f. transsilvanicum Soó
  • Polygonum salinum A.I.Baranov & Skvortsov ex S.X.Li & Y.L.Chang
  • Polygonum spectabile Lehm.
  • Polygonum virgatum Schur