Polşa markası

Polşa markası
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma 1917
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı.

Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı.

1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı. 1916-cı ildə Polşa krallığının elan olunması və regen şurasının (hakimiyyəti formal olaraq onun əlində idi) yaradılmasına baxmayaraq, marka general-qubernatorluğunun adından buraxılırdı.

1917-ci ildə 12, 1, 2, 5, 10, 20, 50, 100 və 1000 marka dəyərində banknotlar[1] və 5, 10 və 20 feninq dəyərində sikkələr buraxıldı. 1918-ci ildə 1, 5, 10 və 20 feninq dəyərində sikkələr buraxıldı. Hər sikkənin üzərində "F" (Ştutqart) zərbxana işarəsi qeyd olunurdu.[2] 1918-ci ildə müstəqilliyin elan edilməsi ilə Polşa markası dövriyyədə qaldı və Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən daha müstəqil dövlətin pul vahidi olaraq buraxıldı.

Müstəqillik dövrünün markası yalnız kağız əskinas şəklində buraxılırdı:

  • 1919-cu il — 1, 5, 10, 20, 100, 500, 1000 marka,
  • 1920-ci il — 12, 5000 marka,
  • 1922-ci il — 10 000, 50 000 marka,
  • 1923-cü il — 100 000, 250 000, 500 000, 1 000 000, 5 000 000, 10 000 000, 50 000 000, 100 000 000 marka.[3]

Sərhədlərdəki dəyişiklik nəticəsində Polşanın tərkibinə müxtəlif valyutaların dövriyyədə olduğu yeni ərazilər daxil oldu, amma onlar da tədricən Polşa markası ilə əvəzləndi. Almaniya markası 20 noyabr 1919-cu ilədək, rubl 29 aprel 1920-ci ilədək və Avstriya-Macarıstan kronu 1920-ci il 15 yanvar—may ayınadək (100 kron = 70 marka nisbətində) dövriyyədə qala bilmişdilər.[4]

20 yanvar 1924-cü ildə zlotı pul vahidi elan edildi (1 zlotı = 1.800.000 marka). Marka 1 iyul 1924-cü ilə qədər dövriyyədə idi.

Şəkil Nominal Diameter,

mm

Çəki,

qr

Qalınlığı,

mm

Çevrəsi Material Zərb olunma yeri Tiraj
1 feninq 1917 15 1.97 1.4 hamar Dəmir F məlumat yoxdur
1 feninq 1918 15 1.97 1.4 hamar Dəmir F 51 484 000
5 feninq 1917 18 2.6 1.5 hamar Dəmir F 18 700 000
5 feninq 1918 18 2.6 1.5 hamar Dəmir F 22 390 000
10 feninq 1917 21 3.56 1.65 hamar Dəmir F 33 000 000
10 feninq 1918 21 3.56 1.65 hamar Dəmir F 14 990 000
20 feninq 1917 23 3.9 1.65 hamar Dəmir F 1 900 000
20 feninq 1918 23 3.9 1.65 hamar Dəmir F 19 259 800

1917-ci il banknotları

[redaktə | mənbəni redaktə et]

1919–1923-cü il banknotları

[redaktə | mənbəni redaktə et]
  1. Cuhaj, 2014. səh. 969—970
  2. Michael, 2016. səh. 1748
  3. Cuhaj, 2014. səh. 970—972
  4. Бутаков, 1987. səh. 203
  • Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб. и доп). М.: Финансы и статистика. Под ред. С. М. Борисова, Г. П. Рыбалко, О. В. Можайскова. 1987.
  • Cuhaj G.S. Standard Catalog of World Paper Money. General Issues 1368–1960 (15-е изд). Iola: Krause Publications. 2014. ISBN 978-1-4402-4267-0.
  • Michael T. Standard Catalog of World Coins 1901–2000 (44-е изд). Iola: Krause Publications. 2016. ISBN 978-1-4402-4654-8.