Polşada islam

Qdansk məscid

Polşada islam — azsaylı dinlərdən biridir. Ərəb mənbələrində Polşa haqqında ilk qeyd 10-cu əsrdə ərəbdilli səyyah İbrahim ibn Yakub tərəfindən qeyd edilmişdir. Müsəlmanların Polşada daimi mövcudluğu 14-cü əsrdə başlamış və ilk növbədə Polşa-Litva tatarları ilə əlaqəli olmuşdur. Hazırda Polşada müsəlmanların ümumi sayı təxminən 31 000 nəfərdir.[1][2][3]

Polyakların müsəlmanlarla ilk təmasları 13-cü əsrdə, monqol-tatar istilası zamanı baş verdi və artıq 14-cü əsrdə tatarlar müasir Polşa ərazisində məskunlaşdılar. Çoxsaylı arxeoloji qazıntılar zamanı tapılan çoxlu sayda ərəb sikkələrinə əsasən ərəb tacirlərinin bu bölgə ilə sıx əlaqəsi olduğu müəyyən olundu.[4] XIV əsrdə Litva Böyük Hersoqluğunun torpaqlarında ilk tatar tayfaları məskunlaşdı. Tatarlara hərbi xidmət öhdəliyi müqabilində dinlərini saxlamağa icazə verilirdi. XV əsrdə tatar süvariləri, atıcılar və kəşfiyyatçı qoşunları bir çox döyüşlərdə iştirak etmişlər. Məşhur Qrunvald döyüşündə Cəlaləddin Xanın komandanlığı altında tatarlar iştirak edirdi.

Polşa Respublikasında müsəlman icması kiçik idi. 1933-cü ildə rəsmi məlumatlara görə Polşada 16 məscid var idi[5].

  1. "Why are Polish people so wrong about Muslims in their country?". openDemocracy. 13 January 2017. 2017-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-27.
  2. Stella Brozek (Human Rights Without Frontiers): Islam in Poland (PDF) Arxiv surəti 24 sentyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
  3. Meyers Großes Taschenlexikon in 24 Bänden, Band 17, Seite 5931. Mannheim 2006. (as well as Brockhaus)
  4. "Historia Islamu w Polsce". Oficjalna strona Muzułmańskiego Związku Religijnego w RP. 2005-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 23, 2006.
  5. Selim Mirza-Juszeński Chazbijewicz. "Szlachta tatarska w Rzeczypospolitej". Verbum Nobile. 2 (Feb. 1993). 1993. January 5, 2006 tarixində orijinalından arxivləşdirilib.