Pomeraniya voyvodluğu

Pomeraniya voyvodluğu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

54°11′ şm. e. 18°00′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Qdansk
Tarixi və coğrafiyası
Sahəsi
  • 18.293 km²
Əhalisi
Əhalisi
  • 2.300.000 nəf. (2019)
Rəqəmsal identifikatorlar
ISO kodu PL-22
Avtomobil nömrəsi G
Rəsmi sayt
Pomeraniya voyvodluğu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pomeraniya vilayəti (pol. Województwo pomorskie) — Polşanın şimalında yerləşən vilayətdir. İnzibati mərkəzi və ən böyük şəhəri Qdansk şəhəridir. Əhalisi 30 iyun 2015-ci il siyahıyaalmasına əsasən 2,304,722 nəfər təşkil edir.[2]

Müasir Pomeraniya vilayəti 1 yanvar 1999-cu ildə inzibati islahat nəticəsində yaradılıb və Qdansk, Elblong şəhərləri ərazisinə daxil edilmişdir.

1 yanvar 2014 ilinə əsasən vilayətin sahəsi 18 310,34 km² olmuşdur.

Məlumata görə, 31 dekabr 2012-ci ildə Pomeraniya vilayətinin 36,3%-ni təşkil edən meşələr 664,4 min hektar ərazini əhatə edirdi. Meşələrin 9,8 min hektarı milli parkların sərhədləri daxilində yerləşirdi.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Pomeraniya vilayətinin sərhədlərinə 16 qraflıq daxildir.

Gerb İlçə İnzibati mərkəz Sahəsi
(km²)
Əhalisi
(2015)
1 Bitov qraflığı Bitov 2192,81 78 670
2 Veyxerov qraflığı Veyxerevo 1279,84 208 572
3 Qdansk qraflığı Prus-Qdansk 793,17 108 485
4 Kartuz qraflığı Kartuz 1120,04 128 062
5 Kvidzın qraflığı Kvidzın 834,64 83 509
6 Koşçezina qraflığı Koşçezina 1165,85 71 537
7 Lembork qraflığı Lembork 706,99 66 191
8 Malbork qraflığı Malbork 494,63 64 208
9 Novodvur qraflığı Novo-Dvur-Qdansk 652,75 36 230
10 Puçk qraflığı Puçk 577,85 82 755
11 Slupsk qraflığı Slupsk 793,17 97 748
12 Staroqard qraflığı Staroqard-Qdansk 1345,28 127 292
13 Tçev qraflığı Tçev 697,54 115 984
14 Xoyniçe qraflığı Xoyniçe 1364,25 96 351
15 Çluxov qraflığı Çluxov 1574,41 56 966
16 Ştum qraflığı Ştum 730,85 42 366

İnzibati bölgünün tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Vilayət ərazisinin böyük bir hissəsi Şərq Pomoriyasının ərazisində yerləşmişdi. Bundan başqa, onun şimal-qərb hissəsi Qərb Pomoriyasına, şərq hissəsi isə Prussiyaya aid olmuşdur.

2015-ci il siyahıyaalmalarına əsasən vilayətin əhalisi 2,304,722 nəfər təşkil etmişdir. Ən çox əhaliyə malik qraflıq isə Beyxerov qraflığı olmuşdur.

Vilayətdə istifadə olunan qatarlardan biri

2016-cı ildə vilayətdə dəmir yolunun xidmətlərindən istifadə edən 53,7 milyon sərnişin qeydə alınmışdır. Onların 94%-i regional və aqlomerasiya münasibətlərində gedir. Vilayətin hər sakini il ərzində vilayət daxilində 23,3, ölkə miqyasında isə orta hesabla 7,6 km səfər edib.

Pomeraniya vilayəti hal-hazırda Marşal şirkətindən alınmış 25 dartma elektrik qovşağının və 27 relsli avtobusun sahibidir.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. "Ludność. Stan i struktura ludności oraz ruch naturalny w przekroju terytorialnym. Stan w dniu 30 VI 2015 r." stat.gov.pl (polyak). 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2019.