Pompey | |
---|---|
Pompeii | |
![]() | |
40°45′02″ şm. e. 14°29′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | VI əsr |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
pompeiisites.org | |
![]() |
Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Neapol şəhərinin yaxınlığında yerləşir.
Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir.
Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.
Son qazıntılar göstərmişdir ki, eramızdan əvvəl VII əsrdə müasir Nola şəhərinin yaxınlığında yaşayış məntəqəsi olub.[2] Yeni yaşayış məntəqəsi olan Pompey eramızdan əvvəl 6-cı əsrdə oskanlar tərəfindən salınıb.
Şəhərin erkən tarixi az məlumdur. Salamat qalan mənbələr yunanlar və etrusklar arasında toqquşmalardan bəhs edir. Roma ilə İtaliyanın cənubunu birləşdirən ticarət yolunda bu şəhər mühüm yer tuturdu.[3] Bir çox zadəgan romalıların Pompeydə villaları var idi.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |