redaktə
"Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".
redaktə
Seçilən məqalə![]() Qarayara və ya Sibir yarası (yun. anthrax mənası kömür deməkdir) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir. Lui Paster ilk dəfə olaraq qarayara infeksiyasının spesifik profilaktikası üçün canlı peyvənd (vaksina) təklif etmişdir.
redaktə
Seçilən şəkil
redaktə
Dərman bitkiləri![]() Adi zirə — carum cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhtrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Qeyd olunan rayonların subalp və alp çəmənliklərində; meşə açıqlıqlarında, çay kənarlarında zirə bitkisinə daha tez – tez təsadüf edilir. Qiymətli bitki olduğu üçün Azərbaycanın əksər rayonlarında çoxdan bəri becərilir. Elmi təbabətdə zirənin meyvəsindən istifadə olunur. Belə ki, meyvələri yetişənə az qalan vaxtda bitkinin yerüstü hissəsi çin və ya oraqla biçilib yığılır, sonra dərz bağlanır və bir müddət açıq havada qurudulub, tədarük məntəqəsinə göndərirlər. Burada qurudulmuş zirə otundan meyvələrini xırmanda döymək yolu ilə və ya xüsusi maşın vasitəsilə ayırıb təmizləyir, torbalara doldurub, aptek anbarlarına göndərirlər.
redaktə
Dərmanlar![]() Piritramid (1-(3-tsiano-3,3-difenilpropil)-[1,4 -bipiperidin]-4-karboksamid; sinonimi: Dipidolor, Piridolan, Pirium) μ-reseptor aqonist sintetik opioid, cərrahi əməliyyatlar zamanı və xüsusən əməliyyat sonrakı ağrılara qarşı istifadə olunan güclü və sürətli təsirə malik narkotik ağrıkəsici. Piritramid 1960-cı ildə Paul Yanssen tərəfindən sintez olunaraq, 4- aminopiperidin törəməsi patenti altında klinikada tətbiq olunmağa başlanılmışdır. Preparat Avropa qitəsində xüsusilə Almaniyada geniş tətbiqini tapmış olsa da İngiltərə-Amerika dil arealında az tanınır. Analgetik qüvvəsi 0,7 olub, 15-20 mq pritramid təxminən 10-15 mq morfin ekvivalentindədir. Ürəkbulanma, qusma və tənəffüsün depressiyası kimi əlavə təsirləri morfinlə müqayisədə çox aşağıdır. Piritramid Almaniya və Avstriyada Dipidolor adı altında istehsal və istehlak olunur.
redaktə
Bilirsinizmi
redaktə
Tibbin şöbələri
redaktə
Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlar
redaktə
Hippokrat andı
redaktə
Təqvim
redaktə
Mərhəmət![]() ![]() 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
redaktə
Kateqoriyalar
redaktə
Əlaqəli portallar
|