Portal:Çili





Çili portalına Xoş gəlmisiniz!

Seçilmiş məqalə

Çili (rəsmi adı Çili Respublikası) – şərqdə And dağları ilə, qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan Cənubi Amerika ölkəsi. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Paytaxtı Santyaqo şəhəridir. Ölkənin 18 milyon nəfər əhalisi var. Adı aymara dilində "Dünyanın sonu" mənasına gələn chilli sözündən gəlir.

Ətraflı...


Tarix

1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi

1973 Çili hərbi çevrilişi (isp. Golpe de Estado en Chile de 1973) — 1973-cü il 11 sentyabr tarixində Çilidə baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının icazəsi və dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində, dünyada seçim yolu ilə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edəcək diktator hakimiyyəti qurulmuşdur.

Salvador Alyende, 1970-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 36,3% toplayaraq prezident seçildi. Alyende prezident seçildikdən sonra genişmiqyaslı reform lahiyələrinin icrasına başladı. Keçirilməsi nəzərdə tutulan reformlardan ən önəmlisi sənayenin (xüsusən mis sənayesinin) üzərində dövlət nəzarətinin tətbiq edilməsi və torpağların yenidən bölüşdürlüməsi idi. Alyende tərəfindən həyata keçirilən reformlar, ilk illərdən etibarən çox uğurlu alındı və Çili iqtisadiyyatı 8.6% genişəndi. Ancaq bu uğurlu nəticələr növbəti cari ildə təkrarlanmadı və 1972-ci ildəki, 140% infilyasiya ölkə iqtisadiyyatını yararsız hala saldı. Ölkədə ərzaq qıtlığı yaşanmağa başladı və qara bazar şəbəkəsi sürətlə genişləndi. 19711972-ci illərdə dünya bazarında mis qiymətlərinin aşağı düşmsəi, ixracatının hardasa tamamilə ilə misdən ibarət olan Çili iqtisadiyyatına ağır zərbə vurdu. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi

Moai (daş heykəllər) - Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrə çatan daş heykəllər. Heykəllərin kim tərəfindən nə zaman və hansı məqsədlə hazırlandığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur. 887 heykəlin daşınmasını adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur.

Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur. İlk dəfə heykəlləri görmüş avropalı, Pater Sebastian Englert hesab olunur. O, apardığı araşdırmalar nəticəsində heykəllərin 638 ədədini qeyd etmiş və nömrələmişdir.Lakin alimin özü sonralarda bildirirdi ki, Pasxa adasında 1000 dən artıq Moai heykəli olmuşdur. Pasxa adasında təbii ehtiyatları az olan, insanların yaşaması üçün əlverişli olmayan bir ada sayılır. Alimləri son illər düşündürən əsas məsələrdən biridə, yaşamaq üçün münbit şəraitin olmadığı adada, daş lövhələrin kənar adalardan hansı yollarla gətirilməsi və burada kimlər tərəfindən hazırlanmasıdır. Heykəllərin ağırlığı 1 və 50 ton arası dəyişir.

Moai heykəlləri insan şəkilli formada olub, ən uzunu 12 metrdir. Heykəllərin hazırlanmasında əsas məmulat kimi, adada olan vulkanın tufundan istifadə edilmişdir. Moai heykəlləri yerindən tərpətmək çox cətin prosesdir. Əvvəlcə hər bir heykəllin alt hissəsində panel lövhə olur. Bu panellər heykəlləri bir yerdən başqa bir yerə daşımaq üçün istifadə edilir. Və hər bir panelin alt hissəsində Ahu adlı daş yerləşir.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

Prezident

1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi

Salvador Alyende (isp. Salvador Allende Gossens; 26 iyun 1908 - 11 sentyabr 1973) — 1970-1973-cü illərdə Çilinin sosialist prezidenti. Alyende seçkilər vasitəsi ilə hakimiyyətə qəlmiş ilk marksist prezident olmuşdur. Hakimiyyətə gəlməkdə əsas məqsədi kimi, Çilidə orta təbəqənin maraqlarına cavab vermək olduğunu bildirən, Alyende xalqın etimadını qazana bilməmiş və 11 sentyabr 1973-cü ildə general Auqusto Pinoçet tərəfindən devrilmişdir. Salvador Alyende çevriliş zamanı Prezident Sarayının alınmasında həlak olmuşdur.

Alyende orta təbəqdən olan ailədə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra anadan olduğu Valparasio şəhərində tibb təhsili almağa başlayır. Ali məktəbdə təhsil aldığı illərdə fəal siyasətlə məşğul olmağa başlayır və solçu gənclərin təşkil etdiyi tədbirlərə qatılır. Tədbilər zamanı etdiyi çıxışlar nəticəsində, qısa zamanda üzvü olduğu təşkilatın liderlərindən birinə çevrilir. XX Çili prezidenti Karlos İbanez de Kampoya qarşı nümayişlərdə iştirak etdiyi üçün həbs olunur və təhsil aldığı ali məktəbdən qovulur. Bir il sonra dostları ilə birlikdə solçu yönümlü Partido Socialista adlı kommunist partiyasını yaradır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

 

Şəxsiyyət

1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi

Lusila de Maria del Perpetuo Sokorro Qodoy Alkayyaqa (ispanca Lucila de María del Perpetuo Socorro Godoy Alcayaga; 7 aprel 1889, Vikunya, Çili - 10 yanvar 1957, Nyu-York, ABŞ) əsasən Qabriela Mistral təxəllüsü ilə tanınan çilili şairə, maarifçi, diplomat, qadın hüquqları uğrunda fəal mübariz, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1945). Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Ada

1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi

Robinzon Kruzo adası (isp. Isla Robinsón Crusoe) — Çilinin Xuan Fernandez adalarına daxil Sakit okeanın cənubunda, Cənubi Amerika sahillərinin 674 km qərbində yerləşən ada. Adanın adı Çili dövləti tərəfindən 1966-cı ildə dəyişdirilmişdir. Bu dövrə qədər Isla Más a Tierra (azərb. Sahilə daha yaxın olan ada‎) şəkilində adlanan ada, bu ildən etibarən Robinzon Kruzo olaraq adlandırılmışdır. 1704-cü ildə etibarən Şotland dənizçisi Aleksandr Selkirk bu adada 4 il 4 ay boyunca tək və tənha yaşamışdır. Daniel Defonun məşhur Robinzon Kruzo əsərini Aleksandr Selkirkin başına gəlmiş bu hadisə əsasında yazdığı ehtimal olunur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar

П: П: П: П: П:
Cənubi Amerika Argentina Peru Boliviya Braziliya
Çili Vikixəbərdə  Çili Vikisitatda  Çili Vikikitabda  Çili Vikimənbədə  Çili Vikilüğətdə  Çili Vikiversitetdə  Çili Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar