Pounamu (Yeni Zelandiya ing.greenstone) – Yeni Zelandiyanın cənubunda tapılan bərk daş növü. Pounamu Maori xalqı üçün çox dəyərlidir və ondan hazırlanan əşyalar Maori mədəniyyətində vacib rol oynayır. Geoloji baxımdan pounamu adətən nefrit, bavenit və serpentinitdir. Lakin maorilər pounamunu rənginə və görünüşünə görə təsnif edirlər.[1]
Əsas təsnifatlar kavakava, kahuranqi, inanqa və tanqivaydır. İlk üçü nefritdir, tanqivay isə bavenitdəndir.[2]
İnanqa pounamusu adını yerli şirin su balığından (Galaxias maculatus) götürür və ağ və ya boz-yaşıl rəngdə olub yarı-şəffaf olur.[3]
Kahuranqi pounamusu daha yarı-şəffafdır və bozun canlı çalarına malikdir. Səmanın aydınlığı şərəfinə adlandırılıb və ən nadir tapılan pounamudur.[4]
Kavakava pounamusu bir çox çalarlarda ola bilir və üstündə çox vaxt nöqtələr olur. Yerli kavakava ağacının yarpaqlarının (Macropiper excelsum) şərəfinə adlandırılıb. Ən çox tapılan pounamu növüdür.[5]
Tanqivay pounamusu təmiz rəngə malikdir, lakin müxtəlif çalarlara malik olur. Pounamunun adı böyük kədər zamanı tökülən göz yaşı sözündən gəlir.[6]
Pounamu sözünün müasir istifadəsi ancaq nefritə aiddir. Pounamu əsasən Cənub adasının spesifik nöqtələrində çaylarda adi daş və qaya kimi tapılır. Daşları kəsib açmadan pounamunu müəyyənləşdirmək çətindir.
Pounamu[7] Maori mədəniyyətində vacib rol oynayır. Taonqa (xəzinə) hesab olunur və Vautanqi müqaviləsi əsasında qorunur. Pounamu taonqa mana artırır və bir nəsildən növbəti nəsilə ötürülür. Ən dəyərli taonqa qədim olanlardır. Onların xüsusi manaya malik olduğu güman olur və əhəmiyyətli razılaşmalar zamanı verilirdi.
Pounamu taonqaya toki, vhao, vhao vhakakoka, ripi pounamu, qazma, çəkic kimi alətlər daxildir. Bunlardən əlavə, matau, kaka poria kimi ovçuluq alətləri, mere kimi silahlar və hey-tiki, hey-matau və pekapeka kimi ornamentlər də bu siyahıya aiddir.[8][9]
Pounamu ancaq Yeni Zelandiyanın Cənub adasında tapılır. Bu ərazi maorilər arasında Te Vay Pounamu ("Yaşıldaş su torpağı") və ya Te Vahi Pounamu ("Yaşıldaş yeri") kimi tanınır.[10] 1997-ci ildə krallıq bütün təbii pounamunun sahibliyini Cəbub adasındakı iviNqay Tahuya vermişdir.[11][12]
Pounamu Qərb sahilində, Fiordlenddə və qərbi Souzlenddə tapılır.[13][14] Pounamu dağlardan aşınandan sonra çimərliklərdə və çaylarda tapılır. Lakin pounamu maorilər tərəfindən dağlardan da çıxarılmışdır. Pounamunun yarandığı qaya qrupu ofiolit adlanır. Ofiolitlər dərin okean qabığının və mantiyanın hissələrindən əmələ gəlir. Dərin mantiya qayaları (sepentinit) və okean qabığı qayaları birlikdə qızdırılıb kontakta girsələr, pounamu yarana bilər.[15]
Pounamu Yeni Zelandiyada üç yerdə yarana bilər. Qərbi Souzlenddə yaranan Dun dağı ofiolit qurşağı bu yerlərdən biridir və bu qurşağın Fiordlenddin qərbi və şimal sərhədlərində pounamu tapıla bilər.[16] Milford buxtası yaxınlığındakı Anita körfəzi kiçik, amma dəyərli pounamu mənbəyidir.[17] Cənub Alplarında Pounamu ultramafik qurşağında da pounamu tapılır.[18]
XIX və XX əsrlərdə Viktoriya və Edvard illərində Yeni Zelandiyada qızıl və pounamudan hazırlanan zərgərlik məmulatları və əşyalar dəbdə olmuşdur.[19][20] Pounamu hazırda turistlərə və Yeni Zelandiyadan köçənlərə hədiyyə kimi verilir. 2009-cu ildə Devid Antoni Sakston və oğlu Morqan Devid Sakston vertolyotla Qərb sahilindən pounamu oğurluğu cəhdinə görə 2 il yarım həbs olunmuşdular.[21]
"Üzüklərin hökmdarı" franşizindən Araqornu canlandıran Viqqo Mortensen hey mataudan istifadə edir. "Herakl" serialından Makl Hörstə böyük və ağır pounamu verilmişdi və veriliş boyunca onu taxırdı. Döyüş səhnələrinin birində pounamu onun dişinə dəymişdi. Prodüserlər bunu riskli hesab edərək onu replikası ilə əvəz etmişdirlər.
2016-cı il istehsalı animasiya filmi "Moana"da Te Fitinin ürəyi pounamu daşındandır.
↑"Pounamu – An iconic stone". Kura Pounamu Treasured stone of Aotearoa New Zealand. Museum of New Zealand Te Papa Tongarewa. 1 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2010.
↑"Inanga pounamu". Kura Pounamu Treasured stone of Aotearoa New Zealand. Museum of New Zealand Te Papa Tongarewa. 24 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2019.
↑"Kahurangi pounamu". Kura Pounamu Treasured stone of Aotearoa New Zealand. Museum of New Zealand Te Papa Tongarewa. 24 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2019.
↑"Kawakawa pounamu". Kura Pounamu Treasured stone of Aotearoa New Zealand. Museum of New Zealand Te Papa Tongarewa. 24 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2019.
↑"Tangiwai pounamu". Kura Pounamu Treasured stone of Aotearoa New Zealand. Museum of New Zealand Te Papa Tongarewa. 24 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2019.
↑Best, Elsdon. The Stone Implements of the Maori. Government Printer. 1912. səh. 410.
↑Coleman, Robert Griffin. New Zealand serpentinites and associated metasomatic rocks. Dept. of Scientific and Industrial Research, N.Z. Geological Survey. 1966. səh. 101.
↑Adams, C.J.; Beck, R.J.; Campbell, H.J. "Characterisation and origin of New Zealand nephrite jade using its strontium isotopic signature". Lithos. 97 (3–4). 2007: 307–322. doi:10.1016/j.lithos.2007.01.001. ISSN0024-4937.
↑Coombs, D. S.; Landis, C. A.; Norris, R. J.; Sinton, J. M.; Borns, D. J.; Craw, D. "The Dun Mountain ophiolite belt, New Zealand, its tectonic setting, constitution, and origin, with special reference to the southern portion". American Journal of Science. 276 (5). 1976: 561–603. doi:10.2475/ajs.276.5.561. ISSN0002-9599.
↑Coutts, P. J. F. "Greenstone: the prehistoric exploitation of bowenite from Anita Bay, Milford Sound". The Journal of the Polynesian Society. 80 (1). 1971: 42–73.
↑Cooper, A.F.; Reay, A. "Lithology, field relationships, and structure of the Pounamu Ultramafics from the Whitcombe and Hokitika Rivers, Westland, New Zealand". New Zealand Journal of Geology and Geophysics. 26 (4). 1983: 359–379. doi:10.1080/00288306.1983.10422254. ISSN0028-8306.
↑"Pounamu – a special gift". Kura Pounamu Treasured stone of Aotearoa New Zealand. Museum of New Zealand Te Papa Tongarewa. 22 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2010.