Povidlo (çex. povidl, pol. powidła, ukr. повидло) — Meyvələrin və ya giləmeyvələrin şəkər tozunda bişirilməsindən hazırlanır.
Bəzən zövqə görə darçın və ya mixək qatılır. Povidlo özündə turşa-şirin tamı əks etdirməklə, qatı şəkildə olur. İçərisində hissəciklər əzilmiş formada olurlar. Povidlo ceminin turşuluğu az olduğu zaman limon və ya başqa qarışıqlar əlavə edilir. Hazır povidlolar özündə 34%-dən çox olmayan nəmlik və 60%-dən çox olmayan şəkər saxlayırlar.
100 qr-ında kalorilik 250–260 kkal-dır. Ən çox alma, ərik, albalı, armudlu və giləmeyvəli povidlolar geniş yayılıb.[1]
Bu adın mənşəyi Polyak dilindən götürülüb.