Prince of Persia: The Two Thrones | |
---|---|
Hazırlayan | Ubisoft |
Yayımlayan | Ubisoft |
Distribüterlər | Ubisoft |
Seriya | Prince of Persia |
Anons tarixi | Ubisoft (2005) |
Buraxılış tarixi | 2005 |
Janrlar | Action-adventure |
Bəstəkarlar | Tom Salta |
Texniki məlumat | |
Platformalar | Arkada |
Oyun rejimi | birnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], rus dili |
Daşıyıcı | CD-ROM, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter klaviaturası |
Rəsmi saytı |
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır.
Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər. Hər şeyi yoluna qoyduğunu düşünən şahzadə daşıdığı zaman amuletini dənizin soyuq sularına atarkən, vəzir ölümsüzlük arzusu ilə Babili işğal edir.
Şahzadə vətəninə çatdığında acı həqiqətlə üzləşir və oradan qaça bilmədən gəmiləri batırılır. Kaliena vəzirin adamlarına əsir düşür. Onun xilas etməyə gedən şahzadə onu tapır, ancaq xilas edə bilmir. Vəziri görən şahzadə özünü itirir və vəzir yanında gətirdiyi zaman xəncəri ilə Kalienanı öldürür. Kalienanın bədəni zamanın qumlarına çevrilərək bütün şəhərə yayılır. Vəzir artıq istəyinə qovuşmuşdur, o ölümsüz olur. Ancaq forması da dəyişir və bir məxluqa dönür. Şahzadə son bir həmlə ilə zaman xəncərini vəzirdən almağı bacarır, amma o da zaman qumlarının təsirinə məruz qalır. Artıq onun da içində ölümcül bir varlıq ortaya çıxmışdır.
Şahzadə şəhərin hər yerində vəziri qovur. Ancaq ümid etmədiyi bir nəfərlə qarşılaşır. Bu Hindistan kralının döyüşkən qızı Farahdır. Vəzir kralı öldürüb və qızını da əsir olaraq yanında gətirmişdir. Buna görə, o da şahzadə kimi vəziri öldürmək istəyir və onlar birlikdə hərəkət etməyə başlayırlar. Köhnə hadisələr yaşanmasa da, şahzadə onların hamsını xatırlamaqdadır. Ancaq Farahın heç bir şeydən xəbəri yoxdur. Şahzadənin içindəki pislik isə zaman-zaman üzə çıxır və şahzadə qaranlıq bir məxluqa dönür. Ancaq şüuru hələ də yerindədir. Buna görə bu halını nəzarətdə saxlayır. Farah onu bu halda görür və öldürmək istəyir, ancaq öldürmür. Şahzadə bunun sadəcə bir dəyişilmə olduğunu və şüurunun hələ də yerində olduğuna razı salmağa çalışır. Ancaq buna nail ola bilmədikdə, yolları keçici bir müddətə ayrılır. Şahzadə tələyə düşdükdə Farah yenidən meydana çıxıb onun həyatını qurtarır. Beləcə yenidən birlikdə vəzirin arxasına düşürlər.
Bu vaxt şahzadənin müəllimi olan yaşlı müdrik Babildəki insanları təşkilatlandıraraq qiyama liderlik edir. Şahzadə və Farah Babil qülləsinin ən üst mərtəbəsinə çıxmağa çalışarkən vəzirin qurduğu tələyə düşürlər. Vəzir Farahı tutur və şahzadəni qüllənin boşluğuna atır. Ancaq şahzadə həmin an dəyişilərək xilas olur. Şahzadə zindanlardan çıxmağın yolunu axtardığı vaxt atasının cəsədiylə qarşılaşır. Bu hadisə ona çox təsir edir və içindəki bütün pisliyi məhv edir. Qaranlıq tərəfini idarə altına ala bilir.
Sonda şahzadə qüllənin ən üst nöqtəsinə çıxaraq vəzirlə üzləşir və onu məğlub edir. Zaman xəncərini vəzirin sinəsinə batırır və beləcə zamanın qumları yenidən Kalienanın bədənində toplanır. Ona artıq zamanın gəldiyini söyləyir. Zaman xəncərini əlinə alır və xəncər onun bədəni ilə birləşir. Şahzadənin zaman qumlarından zədələnən bədənini sağaldır və yoxa çıxır. Lakin şahzadənin içindəki pis mənliyi qalmışdır. Şahzadə onunla öz zehnində üzləşir. Farahın ona səsləndiyini eşidən şahzadə onu orada qoyaraq oyanır. Daha sonra Faraha daha əvvəl başına gələn bütün hadisələri danışır.