Prinseps

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

Prinseps (lat. princeps — birinci), senat prinsepsi (lat. princeps senatus - Qədim Roma senatorlarının siyahısında birinci olanı), adətən senzorlardan ən yaşlısı, konsulun sorğusuna senatda ilk olaraq fikrini bildirmək hüququndan başqa rəsmi olaraq elə bir xüsusi hüquq və səlahiyyətlərə malik olmayan bir zatdır. Qədim Romanın respublika dövründə bəzi senat prinsepsləri (Sçipion, Pompey) böyük avtoritetə və güclü siyasi təsirə malik olmuşlar. İmperiya zamanında, Avqustdan başlayaraq, senat priençepsi termini monarxiyanın daşıyıcısı olan imperatora şamil edilirdi Prinçeps titulu özü hec bir hakimiyyət hüququna malik olmadığından, imperatorun hakimiyyət gücü onun maqistrata malik olmasında idi. Prinseps eyni zamanda imperiyanın prokonsulu və bütün Roma qoşunlarının baş komandanı sayılırdı. Prinsepsdən əmələ gəlmiş prins (şahzadə) sözü monarx nəslinin nümayəndəsi (xələf) mənasını daşıyır.