Proqramların Qiymətləndirilməsi Ofisi

Proqramların Qiymətləndirilməsi Ofisi — 13 dekabr 1955-ci ildə Birləşmiş Ştatların Müdafiə Departamenti tərəfindən yaradılmış, Laos krallığında fəaliyyət göstərən məxfi paramilitar missiya. 23 iyul 1962-ci il tarixli Laosun neytrallığı haqqında beynəlxalq müqavilə 1962-ci ilin sentyabrında missiyanın sona çatmasına gətirib çıxarmışdı.

İkinci Dünya müharibəsinin sona çatması ilə Laos artıq Fransa İttifaqının tabeliyində deyildi. Dövlət tamamilə suveren olmuş və Laos Kral Hökuməti tərəfindən idarə olundu. Cenevrə Konfransında əldə edilən razılaşmalar Laosun xarici hərbi bazalara malik olmasını və hər hansı xarici hərbi ittifaqda iştirakını qadağan etmişdi, lakin Laos Kral Ordusunu dəstəkləyən kiçik bir Fransa hərbi təlim missiyasına icazə verilmişdi. CenevrəKkonfransından sonra Fransa 1 yanvar 1955-ci ildə Laos hökumətini maliyyələşdirməyi dayandıracağını elan etmişdi. Fransa təlim missiyası sona çatmışdı. ABŞ Vyetnamı mühasirəyə almaq məqsədilə Laos Kral Ordusunun kommunist Şimali Vyetnam tərəfindən dəstəklənən Patet Laoya qarşı təkmilləşdirməyə çalışırdı.[1]

  1. Conboy, Morrison, p. 17.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Ahern, Thomas L. Jr. (2006), Undercover Armies: CIA and Surrogate Warfare in Laos. Center for the Study of Intelligence. Classified control no. C05303949.
  • Anthony, Victor B. and Richard R. Sexton (1993). The War in Northern Laos. Command for Air Force History. OCLC 232549943.
  • Conboy, Kenneth and James Morrison (1995), Shadow War: The CIA's Secret War in Laos. Paladin Press. ISBN 0-87364-825-0.
  • Castle, Timothy, (1995). At War in the Shadow of Vietnam: Military Aid to the Royal Lao Government, 1955-1975. Columbia University Press. ISBN 978-023107-977-8ISBN 978-023107-977-8.