Protey amöbası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Protey amöbası (lat. Amoeba proteus ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir.
Protey amöbası Amoebina dəstəsinə aid olub, sərbəstyaşayan Sarkodinlərin ən iri nümayəndəsidir. Onlar durğun, çürümüş bitki qalıqları və yarpaqla çirklənmiş sularda yaşayırlar. Bunların ölçüsü 0,5 mm -ə yaxındır. Bədən örtüyü olmadığından sitoplazma yavaş-yavaş bu və ya digər istiqamətdə doğru axır və bunun nəticəsində fərdin bədən forması daima dəyişilir. Amöbdə sitoplazma iki qata diferansasiya etmişdir. Xarici qat - ektoplazma şəffaf, qatı, homogen quruluşa malik olub, amöbün bütün bədənini əhatə edir və onu xarici təsirlərdən mehafizə etmək funksiyasını yerinə yetirir. Daxili qat - endoplazma tutqun, duru və dənəvər quruluşa malikdir. O daim hərəkətdə, yaxud axma vəziyyətində olur. Qatlar arasında hər hansı bir sərhəd təşkil edən struktur yoxdur. Amöbün bədəninin hər hansı bir tərəfindən sitoplazma axaraq. yalançı ayaqlar, yaxud psevdopodilər əmələ gətirir. Bunun nəticəsində amöb bir yerdən başqa yerə doğru hərəkət edir. Belə hərəkət amöbvari hərəkət adlanır. Sitoplazmada formalaşan yalançı ayaqlar bədən səthinə çatdıqda onun ön tərəfinin endoplazması ektoplazmaya çevrilir, yalançı ayaqlar uzanan zaman isə ektoplazma bədən daxilində endoplazmaya keçir. Beləliklə, sitoplazmanın qatlarının diferensasiyası baş verir. Amöblərin növləri, psevdopodilərin sayı və formasına görə fərqlənirlər. Yalançı ayaqlar qısa, uzun, küt, uclarından sivri və s. formalarda olur. Bu xarici mühit şəraitində çox asılıdır. Amöbün bədənində nüvə, qida vakuolları, yığılıb - açılan vakuollar vardır. Onlar ikiyə bölünmə yolu ilə qeyri-cinsi çoxalma xassəsinə malikdir. Bu proses nüvənin mitotik bölünməsi ilə baş verir. İnsanın bağırsağında və bir sıra heyvanların daxilində parazit amöb növləri yaşayır. İnsanda onlar iki cür parazitlik edir; bağırsaq amöbası - Entamoeba coli və ishal amöbü – Entamoeba histolytica. Axırıncı bağırsaq koliti amöbiaz xəstəliyinin törədicisidir. İnsanın bu parazitlərə yoluxması sistalar vasitəsilə baş verir. İshal amöbası 4 nüvəli, bağırsaq amöbası isə 8 nüvəli sistaya malikdir.