Prunus serrulata

Prunus serrulata
Elmi təsnifat
Beynəlxalq elmi adı

Prunus serrulata (lat. Prunus serrulata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Şimali Qafqazda çöl, meşə-çöl zonalarında yayılıb.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m olan, dağınıq çətirə malik koldur. Yaşlı budaqları tünd boz, düz dayanan və ya aşağıya sallanandır. Cavan zoğları tünd qonur, bəzən yaşımtıl, çılpaq və ya bir az tüklüdür. Yarpaqlarının uzunluğu 5 sm, eni 2,5 sm olmaqla uzunsov-ellipsvari və ya yumurtaşəkillidir. Ucu biz və ya küt, kənarları dişli, hər iki tərəfdən çılpaq, üstü tünd yaşıl, alt hissəsi isə açıq yaşıldır. Saplaqları qısa — 3–15 mm, vəziciksizdir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri ağ rəngli, diametri 12–18 mm-dir. 3–4 ədəd çiçəyi çətirvari çiçək qrupunda, bəzən isə tək-tək yerləşir. Çiçək saplağının uzunluğu 15–30 mm-dir, uzanaraq 40 mm-ə çatır. Həşəratlarla tozlanır. Meyvəsi iyul-avqustda yetişir. Meyvələri kürə formalı və ya yumurtaşəkilli, diametri 8–10 mm, ucu biz, tünd qırmızı rəngli, sulu, dadı turş və ya şirin olmaqla lətlidir. Çəyirdəyi hamar, şarşəkillidir. Toxum, kök pöhrələri və yay qələmlərlə çoxaldılır. Toxumlar səpinqabağı 4–5 ay 3–50C temperaturda stratifikasiya edilməlidir.

Quraqlığa, qaza davamlı, torpağa və rütubətə az tələbkardır. Mezokserofit, işıqsevən bitkidir, şam və tozağacı meşələrində, çəmənlərdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Quba rayonu sahəsində təsadüf edilir.

Yeməli, dekorativ və bal verən bitkidir. Meyvələri təzə halda qənnadı məmulatlarının hazırlanmasında istifadə edilir. Bu növdən qiymətli, soyuğa və quraqlığa davamlı albalı sortlarının alınması üçün seleksiya materialı kimi geniş istifadə edilir.