Prut

Prut
Ölkə
Mənbəyi Karpat
Mənsəbi Dunay
Uzunluğu
  • 953 km
Su sərfi 121 m³/s
Hövzəsinin sahəsi 27.500 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, MoldovadaRumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır. Leovo şəhərinədək gəmiçiliyə yararlıdır. 1978-ci ildə Rumıniya ilə Moldova arasında çayın üzərində həcmi 1085 milyon m³ olan su anbarı ilə birlikdə hidrotexniki qovşaq tikilmişdir. Yaremça, Kolomıya, Siyatın, Çernovtsı, Novoselitsa, Ungenı, Leovo şəhərləri Prut sahilində yerləşir.

1941-ci ildə K.A.Qasımov bir neçə döyüşçü ilə Prut üstündəki mühüm strateji əhəmiyyətli 3 körpünü partlatmış və alman-faşist qoşunlarının sol sahilə çıxmasını xeyli ləngitmişdi.

  • Прут // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 31.