Psevdo-Dionisi Areopagit | |
---|---|
Doğum tarixi | güm. V əsr |
Vəfat tarixi | güm. VI əsr |
Əsas maraqları | fəlsəfə |
![]() |
Psevdo-Dionisi Areopagit — "Areopagitika" adlanan teoloji əsərlər toplusunun (korpusunun) naməlum müəllifi. Bu əsərlər e.ə. I əsrində yaşamış Həvari Pavelin şagirdi Dionisi Areopagitə aid edilmişdir.[1]
Areopagitçilər xristianlığa təsir edən neoplatonizm prosesini tamamlamışdılar. Bu cərəyanı İlahiyyatçı Qriqori və Nissalı Qriqori başlatmışdı. Areopagit yazılarının müəllifi Prokl Diadoxdan təsirlənmişdir və o, ilk dəfə xristian ibadətinə sistemli baxışı inkişaf etdirmişdi. O, bunu simvollar və müqəddəs ayinlər sistemi kimi görürdü. Bunlar gizli və ülvi fikirlərin sirli ifadəsi kimi xidmət edirdi.[2]