Psix, amma bu yaxşıdır | |
---|---|
사이코지만 괜찮아 | |
Janr | Dram Romantik |
İlk baxış tarixləri | Iyun 20, 2020 |
Rejissor | Park Shin-woo |
Yaradıcısı | Studio Dragon (tvN) |
Ssenarist | Jo Yong |
Rollarda |
Kim Soo-hyun
Seo Yea-ji Oh Jung-se Park Gyu-young |
Bəstəkar | Nam Hye-seung |
İstehsalçı ölkə | Cənubi Koreya |
İl | 2020 |
Dil | Koreya dili |
İlk çıxış tarixi | Iyun 20 –Avqust 9, 2020 |
Növü | K-Drama |
Rəng | Rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 16 |
Davametmə müddəti | 70-85 dəqiqə |
Telekanal | tvN |
IMDb | ID12451520 |
tvn.cjenm.com/ko/tvnpsyc… | |
Vikianbarda əlaqəli mediafayllar |
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir.
Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi.
New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Mun Qanq Te (Kim Su-Hyon) autizmi olan böyük qardaşı Mun Sanq Te (O Gon-se) ilə birlikdə yaşayır. Onlar daha gənc ikən anaları Sanq Tenin gözü önündə qətlə yetirilir və o gündən ehtibarən Sanq Tenin travması yaranır. Buna görədə onlar hər dəfə Sanq Te kabuslar görənd' yaşadıqları yerdən köçürlər. Qanq Te yaşadıqları yerdə psixiatriya şöbəsində baxıcı olaraq çalışır. Xəstəxanada işləyərkən antisosial bir şəxsiyyətə sahib olduğu deyilən məşhur uşaq kitab müəllifi Ko Munyon (So Yoci) ilə tanış olur.
Vəziyyətlər Qanq Teni yeniyetmə yaşlarında yaşadıqları Sonçjin şəhərindəki OK Psixiatrik Xəstəxanasında işləməyə vadar edir. Bu vaxt Mun Yon keçmişlərinin üst-üstə düşdüyünü öyrəndikdən sonra Qanq Te üçün romantik bir vəsvəsə yaradır. Üçlü (Sanq Te də daxil olmaqla) yavaş-yavaş bir-birlərinin emosional yaralarını sağaltmağa başlayır və ailəyə çevrilirlər. Qanq Te və Mun Yon keçmişdə baş verən ailələri ilə bağlı bir çox sirrləri aşkar edirlər.
OK Psixiatriya Xəstəxanasında çalışan yetim bir baxıcı. Ətrafındakı hər kəsə empatiya bəsləsə də, keçmiş təcrübələri nəticəsində özü ilə mübarizə aparır və böyük qardaşından başqa heç kimlə yaxın münasibət qurmaqdan çəkinir.
Sosial şəxsiyyət pozğunluğu olan məşhur bir uşaq kitabı müəllifi. Problemli bir uşaqlıq və valideynləri ilə qarışıq bir münasibət yaşadı. Təsadüfi bir qarşılaşmadan sonra Gang-tae üzərində romantik bir vəsvəsə inkişaf etdirir və tez-tez diqqətini çəkmək üçün həddindən artıq səy göstərir.
Moon Gang-taenin autizmi olan böyük qardaşı. Moon-young fanatıdır, həm də istəkli bir illüstratordur.Anasının qətlinin tək şahididir və bu travmatik təcrübəni xatırlatdıqları üçün kəpənəklərdən qorxur. Qorxusu hər yaz kabusa çevrilir və Gang-taeni "kəpənəklərdən qaçmaq" üçün onunla birlikdə başqa şəhərlərə köçməyə məcbur edir.
SangsangESang Nəşriyyat Şirkəti
İl | Təşkilat | Mükafat | Namizəd | Nəticə | istinadlar |
---|---|---|---|---|---|
2020 | Daejeon Visual Art Tech Awards | İlin Vizualı Mükafatı (Xüsusi Video) | It's Okay to Not Be Okay | Qazandı | [2] |
Asia Artist Awards | Grand Prize (Daesang) | Kim Su-Hyon | Qazandı | [3] | |
Ən Yaxşı Sənətçi Mükafatı | Seo Yea-ji | Qazandı | [4] | ||
AAA Hot Issue Award | Kim Su-Hyon | Qazandı | |||
Seo Yea-ji | Qazandı | ||||
Korean Academy of Theater Arts | İlin Sənəti Mükafatı | Psix, amma bu yaxşıdır | Qazandı | [5] | |
2021 | APAN Star Awards | Ən yaxşı dram | Psix, amma bu yaxşıdır | Namizəd | [6] |
Ən Yaxşı Mükəmməllik Mükafatı, Mini Serialda Aktyor | Kim Su-Hyon | Namizəd | [7] | ||
Ən Yaxşı Mükəmməllik Mükafatı, Mini Serialda Aktrisa | Seo Yea-ji | Qazandı | [8] | ||
Ən Yaxşı Köməkçi Aktyor | Oh Jung-se | Qazandı | |||
Populyar Ulduz Mükafatı, Aktyor | Kim Su-Hyon | Qazandı | |||
Populyar Ulduz Mükafatı, Aktrisa | Seo Yea-ji | Qazandı | |||
KT Seezn Star Award | Kim Su-Hyon | Namizəd | [9] | ||
Seo Yea-ji | Namizəd | ||||
Best OST | Lee Su-hyun – "In Your Time" | Namizəd |
| ||
Seoul Music Awards | OST Award | Lee Su-hyun – "In Your Time" | Namizəd | [10] | |
Baeksang Arts Awards | Best Drama | Psix, amma bu yaxşıdır | Namizəd | [11] | |
Ən yaxşı rejissor — Televiziya | Park Shin-woo | Namizəd | |||
Ən Yaxşı Ssenari — Televiziya | Jo Yong | Namizəd | |||
Ən Yaxşı Aktyor — Televiziya | Kim Soo-hyun | Namizəd | |||
Ən Yaxşı Aktrisa — Televiziya | Seo Yea-ji | Namizəd | |||
Ən Yaxşı Köməkçi Aktyor — Televiziya | Oh Jung-se | Qazandı | [12] | ||
Ən Yaxşı Köməkçi Aktrisa — Televiziya | Jang Young-nam | Namizəd | [11] | ||
Texniki mükafat (kostyum dizaynı) | Cho Sang-kyung | Qazandı | [12] |