Pubol qəsri | |
---|---|
ca:Castell de Púbol es:Castillo de Púbol | |
42°00′54″ şm. e. 2°58′58″ ş. u.HGYO | |
Ölkə | İspaniya |
Yerləşir |
Pubol Baş-Emporda Jirona Kataloniya |
Tikilmə tarixi | 1056 |
Vəziyyəti | Muzey |
Rəsmi sayt | salvador-dali.org/en/mus… |
Kataloniyanın qeydiyyata alınmış tarixi abidələri | |
İstinad nöm. | 629 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pubol qəsri və yaxud Qala-Dali qəsri (isp. Castillo de Púbol или Castillo Gala-Dalí, kat. Castell de Púbol или Castell Gala-Dalí) – İspaniyanın Jiron vilayətinin (Kataloniya) Pubol kəndində yerləşən XI əsrə aid qəsr. Orta əsrlərdə Pubol baronluğunun mərkəsi olsa da, XX əsrin 70-ci illərindən 1982-ci ildə markiz de Pubol titulu almış ispan rəssamı Salvador Dalinin, həyat yoldaşı Qalanın iqamətgahı olmuşdur.
Pubol qəsri La-Pera bələdiyyəsinin mərkəzi bölgəsində ən hündür nöqtədə yerləşir. Pubol qəsrinin memarlıq ansamblına daxildir: bağ divarı ilə əhatələnmiş saray-malikanə, Pubollu Müqəddəs Pyotr kilsəsi. Ətrafda bir-birinə sıx yerləşmiş və qala divarının qalıqlarını qoruyan taxta evlər vardır.[1][2]. İndiki görkəminin əsas xarakterləri – dar və yüksək daxili həyətin (patio) ətrafında üçqanadlı əsas tikililər və üç mərtəbə yerləşmişdir. XIV əsrin ikinci yarısı- XV əsrin əvvəllərində Pubol baronluğu dövründə çiçəkləmə dövrünü yaşamışdır. Daxili həyəti İntibah qotikası dövrünün orijinal elementlərinin çox hissəsini özündə qoruyub saxlayır.[3]. Onlardan ən əhəmiyyətlisi əsas fasad sayılır. İlk mərtəbənin pəncərələri orijinal qotik üslubda, giriş qapıları isə yarımdairəvi arka formasında idi. Qəsrin digər otaqlarında digər memarlıq elementləri qotik pəncərə və İntibah dövrünün pəncərələri kimi emblemlərlə bəzədilmiş şəkildə böyük maraq doğurur.
Dəfələrlə yenilənən Pubollu Müqəddəs Pyotr kilsəsi 1327–1341-ci illər arasında qotik üslubda hazırlanmış nef və kilsə zəngindən ibarətdir. Məryəm anaya həsr olunmuş iki kapelladan biri XV əsrin heykəlləri ilə bəzədilmiş, digəri isə 1631-ci ildə yaradılmışdır. XVII əsrdə xor, XVIII əsrdə isə keşiş cübbələrinin saxlandığı yerlər əlavə olunmuşdur. Kilsə fasadının mərkəzində qızılgül formasında portal yerləşmişdir. 1936-cı ilə qədər kilsədə katalon rəssam Bernat Martorel tərəfindən yaradılan Pubollu Müqəddəs Pyotrun altar rəsmi yerləşirdi. Bu rəsm təxminən 1437-ci ildə yaradılmışdır. Lakin hal-hazırda Jironda İncəsənətdə Muzeyində yerləşir. Müqəddəs Pyotrdan savayı kilsənin altar rəsmində Pubol qəsrinin sahiblərindən biri olmuş – Bernat De Korber, onun həyat yoldaşı Marqarita de Kamplonq və onların oğulları Fransesk de Korber və de Kamplonqun rəsmləri də yer almışdır.
Pubol qəsri haqqında ilk məlumatlar 1065-ci ilə aid sənəddə öz əksini tapmışdır. Burada qəsrin sahibi kimi Qaufred Bastonsun öz Pubol qəsrini Barselona qrafının sərəncamına verməsi göstərilmişdir. XIV əsrin ortalarında qəsrin sahibi Arno de Lyers olmuşdur. Ondan sonra bu qəsr bir neçə ailənin malikanəsi olmuşdur.
1969-cu ildə Salvador Dali öz həyat yoldaşı Qalaya ona qəsr bağışlayacağını söz verir. Empord və Foşa qəsrlərini almaq üçün edilən uğursuz cəhdlərdən sonra, Dali nəhayət çoxlu çatları, baxımsız bağı olan Pubol qəsrini alır. Bütün bunlar qəsrə romantik və sirli görkəmi verirdi. Bunu qiymətləndirən Dali qəsrin bərpası zamanı bu effekti qorumağa çalışmışdır. Bərpa işlərinə Salvador Dalinin dostu və mütəxəssis Emil Pinyo rəhbərlik etmişdir. Qəsrin konstruksiya işləri onu möhkəmləndirsə də onun, fasadında dərin çat buraxmışdır. Dalinin fikrincə, zamanın bu izi qorunub saxlanılmalıdır. Tikilinin uçmuş hissələrində olan hündür zallar miniatür və kamer otaqlarla ziddiyyət təşkil edirdi. Qəsrin dağıntılarını az miqdarda bərpa etməklə xilas etmək mümkün olur.
Qəsrin interyerinin əsas elementləri Dali tərəfindən yaradılan divarlarda olan rənglər, gözəl vizual effektlə yaradılan müxtəlif tromplöylar (optik illüziya ), antikvariat, romantik simvollar və s. idi. Bağda isə nazik ayaqlı fil fiqurları və rəngli keramikadan hazırlanmış bəstəkar Rixard Vaqnerin büstünü bəzəyən fontanlar vardır.[4]. Bu haqda Dali öz xatirələrində yazmışdır:
“Qala mənim əlimdən tutaraq gözlənilmədən dedi: “Yenə də sənə hər şeyə görə təşəkkür edirəm. Mən Pubol qəsrini bir şərtlə qəbul eləyirəm: mənim yazılı dəvətim olmadan sən burda olmayacaqsan.” Bu şərt mənim mazoxist meyllərimə uyğun idi və məni heyran etdi. Qala həmişə olduğu kimi mənim üçün əlçatmaz qalaya çevrildi. Sıx yaxınlıq və xüsusən təklifsizlik hər bir ehtirası söndürməyə qadirdir. Hisslərin təmkinliyi və məsafə ehtirası gücləndirir.” |
Ömrünün son illərinin yay aylarını Pubol qəsrində keçirən Qala Dalinin göstərişinə əsasən 1982-ci il 10 iyun tarixində tikilən kriptada basdırılmışdır.
Həmin ilin 24 iyun tarixində İspaniya kralı I Xuan Karlos Salvador Dalini markiz de Pubol titulu ilə təltif edir. Həyat yoldaşının ölümündən sonra Dali Pubol qəsrində 2 il müddətinə tək-tənha yaşayır. Lakin 1984-cü ildə qəsrdə baş vermiş güclü yanğın nəticəsində Dali güclü yanıqlar alır. Xəstəxanada müalicə aldıqdan sonra Dali Fiqeyrosda öz Teatr-muzeyində yerləşən Qalateya qülləsinə qalxır və ömrünün sonuna qədər orada yaşayır.
1996-cı ildə tamaşaçılar üçün açılan "Qala-Dali qəsri" ev muzeyinə "Qala-Salvador Dali Fondu" rəhbərlik edir. Qəsrdə aparılan restavrasiya və mebel, eksponat və digər xırda əşyaların rekonstruksiyası işləri aparılmışdır.
Restavrasiya işlər zamanı tikilinin çardağı çox dəyişikliyə uğramışdır. Burada Qalanın qarderobunun sərgisi nümayiş olunur. Qəsrin aşağı mərtəbəsi ev-muzeyin mağazasının altında yerləşdirilmişdir. Digər yerlər isə Dali və Qalanın vaxtında olduğu kimi qalmışdır.