Pulitser mükafatı

Pulitser mükafatı
Pulitzer Prize

Ölkə
Tip elmi mükafat[d]
Təltif edir
Statistika
Təsis tarixi 1917
pulitzer.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cozef Pulitser

Pulitser mükafatı (ing. Pulitzer Prize) — ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafat.

Ümumi Məlumat

[redaktə | mənbəni redaktə et]

Pulitzer ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafatdır. Bu mükafat macar əsilli amerikalı naşir Jozef Pulitzer tərəfindən təsis edilib. Hər il aprel ayında qaliblərə mükafatlar 21 kateqoriya üzrə verilir. 20 kateqoriya üzrə hər qalibə sertifikat və 10 min ABŞ dolları verilir. Jurnalistika sahəsində ictimai xidmətinə görə qalib qızıl medalla mükafatlandırılır.[1][2] Hal hazırda birdən çox Pulitzer alanlar da var. Onların siyahısı isə tamamlanmayıb.

Mükafatın təsis edilmə tarixi 20-ci əsrin əvvəllərinə aiddir. Qəzet naşiri Jozef Pulitzer mükafat təsis etmək və jurnalistika məktəbi açmaq üçün Kolumbiya Universitetinə pul ödəyir. Mükafat və təqaüdlər üçün 250 min dollar pul ayrılır. Bölgü belə aparılmışdı: 4 mükafat jurnalistika üzrə, 4 mükafat teatr üzrə.[3] İlk Pulitzer mükafatı Jozefin ölümündən sonra, 4 iyun 1917-ci ildə sahibinə təqdim edilib. Bu Amerika tarixi haqda ən yaxşı kitabın müəllifi Jin Jules Jusserand idi, o 2 min dollar dəyərində pul mükafatı almışdı. Hebert Bayard Svope isə ən yaxşı reportyor kimi min dollar qazanmışdı. Ən maraqlısı da odur ki, jurnalistlər mükafat əldə etmək üçün rəqabət apardığı bir vaxtda, Mak Kormikin idarəçliyi dövründə Çikaqo Tribun qəzeti bu mükafat uğrunda mübarizəyə qoşulmurdu.

Xəbər fotoqrafiyası üzrə Pulitzer Mükafatı

[redaktə | mənbəni redaktə et]

Fotoqrafiya üzrə Pulitzer mükafatı 1942-ci ildə yaradılıb, 1967-ci ildən isə 2 kateqoriya üzrə mükafat təyin edilməyə başladı: hadisəni təfərrüatları ilə çatdıran fotolar və hadisəni baş verdiyi andaca çatdıran fotolar.

Qadın “Pulitzer”çilər

[redaktə | mənbəni redaktə et]

1918-ci ildən 2011-ci ilədək 26 qadın şeir, 1921-ci ildən 2011-ci ilədək 29 qadın nəsr əsərləri, 1921-ci ildən 2009-cu ilədək 13 qadın dram əsərləri, 1983-cü ildən 2010-cu ilədək 4 qadın musiqi əsərləri kateqoriyasına görə Pulitzer əldə edib.

  • İctimai xidmət
  • Son dəqiqə xəbərçiliyi
  • Araşdırma jurnalistlik
  • Açıqlayıcı jurnalistlik
  • Yerli xəbərçilik
  • Milli xəbərçilik
  • Beynəlxalq xəbərçilik
  • Yazı
  • Şəhr
  • Tənqid
  • Baş məqalə
  • Karikaturaçılıq
  • Son dəqiqə xəbər fotosu
  • Fotoqrafiyaçılıq
  • Dram
  • Tarix
  • Avtobioqrafiya
  • Uydurma
  • Şeir
  • Uydurma olmayan ümumi əsər
  • Musiqi
  1. Topping, Seymour. "Administration". The Pulitzer Prizes. Columbia University. 2008. July 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2013. Updated 2013 by Sig Gissler.
  2. "The Medal". Pulitzer Prizes. October 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2013.
  3. Topping, Seymour. "History of The Pulitzer Prizes". The Pulitzer Prizes. Columbia University. 2008. July 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2011. Updated 2013 by Sig Gissler.