Pumori | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Mahalanqur-Himal |
Mütləq hündürlüyü | 7.161 m |
Nisbi hündürlüyü | 1.278 m |
Yerləşməsi | |
28°00′52″ şm. e. 86°49′41″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pumori (nep. पुमोरि ) — Himalayın Mahalanqur Himal silsiləsindəki Nepal-Tibet sərhədində yerləşən dağ. Pumori Everest dağından cəmi səkkiz kilometr qərbdə yerləşir. Şerp dilində "Dağ qızı" mənasını verən Pumori, Corc Mallori belə tərəfindən adlandırılmışdır. Şerp dilində "Pumo" gənc qız və ya qız, "Ri" isə dağ deməkdir.[1] Alpinistlər bəzən Pumoriyə "Everestin qızı" kimi müraciət edirlər.[2] Mallori də dağı qızının şərəfinə "Clare zirvəsi" adlandırmışdır.[3]
Pumori məşhur bir alpinizm zirvəsidir. Pumori ilk dəfə 17 may 1962-ci ildə Alman-İsveçrə ekspedisiyasında iştirak edən Gerhard Lenser tərəfindən fəth edildi.[4] 1996-cı ilin yazında İki çex (Leopold Sulovský və Zdeněk Michalec) cənub yamacında yeni bir marşrutla dağı fəth etdi.[5]
2005-ci ilə qədər 42 nəfərin ölümü ilə nəticələnən 500-ə yaxın zirvə fəthi qeydə alındı.[6] 2008-ci ildə dağın populyarlığı daha da artdı və bu dövrdə Pumorini gəzərkən və ya dırmaşarkən Tibet, Nepal və Everestə açılan mənzərələri təklif edən Nepaldakı Everest baza düşərgəsindən istifadə edilirdi.[6] Bununla birlikdə dağda qar uçqunu böyük təhlükədir. 1989 və 2001-ci illərdə bəzi ispan alpinizm komandaları ağır itkilər verdi[6] və 2015-ci ildə Pumori-Linqtren silsiləsində baş vermiş zəlzələdən qaynaqlanan qar uçqunu baş verdi.[7]
1982-ci ildə Pumoriyə dırmaşan bir qrup Everest ətrafında xizək sürdü.[8]