Punam Dillon

Punam Dillon
hind. पूनम ढिल्लों
ing. Poonam Dhillon
Doğum tarixi 18 aprel 1962(1962-04-18) (62 yaş)
Doğum yeri
Uşağı 2
Fəaliyyəti aktrisa, televiziya aktrisası
Fəaliyyət illəri 1978-ci ildən
IMDb ID0223563
poonamdhillon.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Punam Dillon (18 aprel 1962, Kanpur, Uttar Pradeş) – 18 aprel 1962-ci ildə Hindistanda dünyaya gəlmiş. 1977-ci ildə Dillon “Hindistanın gənc gözəli” müsabiqəsində qalib gəlmişdir. Rejissor və prodüser Yaş Çopranın diqqətini cəlb edən Dillon “Şiva allahı” (1978) filminə dəvət alır. Ardınca Çopra gənc aktrisaya öz filmində rejissor Manmohan Krişnanın “Nuri” dramında baş rolu etibar edir. Bu rola görə aktrisa “Ən yaxşı qadın aktrisa” nominasiyasında “Filmfare Awards” mükafatını qazanmışdır. Punam Dillon öz dövrünün tanınmış aktyorları ilə tərəf müqabili olmuşdur. Raceş Xanla “Al qızılgül” (1980), “Ağrı” (1981), “Cəsur” (1983), “Vaxt bitdi” (1985), “Xalq” (1987), “Jai Shiv Shankar” (1990), Rişi Kapurla “Gənclərin andı” (1982), Sanciv Kumarla “Sevimli arvad” (1981), Hema Malini ilə “Alçalma” (1986) filmlərində çəkilmişdir. Punam Dillon həmçinin “Nişan” (1980), “Punam” (1981), “Roman” (1983), "Cinayət sirrləri” (1985), “Karma” (1986), “And” (1988), “Qan hesabı” (1989), “Varlı və kasıb” (1990) filmlərində də çəkilmişdir.