Pursaklar | |
---|---|
40°02′19″ şm. e. 32°53′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.049 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 06145 |
Digər | |
tr.wikipedia.org/wiki/Pu… | |
Vikianbarda əlaqəli mediafayllar |
Pursaklar — Ankaranın böyük rayonlarından biridir hal-hazırda.[1]
Pursaklar Ankara ilə Çubuk arasında yerləşən ən qədim kəndlərdən biridir. Pursaklar adının çəkildiyi ən qədim tarixi sənəd Osmanlı İmperatorluğu tərəfindən 1530-cu ildə hazırlanan qədim yazılardadır və yaşayış yeri "Busaklar" olaraq qeyd edilmişdir.
Məlumdur ki, Busaklar coğrafi baxımdan bu gün “Eskiköy” deyilən yerdə yerləşir. 1966-cı ildə Pursaklar, Eskiköy məhəlləsində baş verən sürüşmə nəticəsində dövlətin köməyi ilə planlı şəkildə inşa edilən Çoraklık adlı indiki yerinə köçürüldü.
1970-ci ilin əvvəlindən ətraf vilayət və rayonlardan gələn vətəndaşlarla Pursaklar əhalisi sürətlə artmış və 16 dekabr 1986-cı ildə bələdiyyə təşkilatını qazanaraq “şəhər bələdiyyəsi” adını almışdır. 2008-ci ildə qəbul edilən bələdiyyə qanunu ilə hal-hazırda bağlı olduğu Keçiörendən ayrılaraq Altındağ və Çubukdan aldığı məhəllələrlə rayon statusu qazanmışdır.[2]
Pursaklar 21 məhəllədən ibarətdir. Bunlar; Abadan, Altınova, Ayyıldız, Fatih, Karaköy, Karşıyaka, Kösrelikkızı, Saray Cumhuriyet, Saray Gümüşüluk, Sirkeli Yeşilova, Sirkeli Yeşilova, Tevfik Yeşilyurt , YEni Karaköy, Yıldırım Beyazıt, Yunus Emre və Yuva
Pursaklar rayonu şimalda Kahramankazan, şərqdə Çubuk, cənubda Altındağ və qərbdə Keçiören ilə qonşudur.
Rəsmi insan sayı 162.389 nəfərdir. (2022)
il | ad | Partiya |
---|---|---|
1994 | Hacı Şahin | Doğru Yol Partiyası (Türkiyə, 1983) |
1999 | ||
2004 | Səlcuq Çetin | Ədalət və İnkişaf Partiyası |
2009 | ||
2014 | ||
2019 | Ayhan Yılmaz |