Purussaurus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Purussaurus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Purussaurus — təqribən 8 milyon il əvvəl, miosendə yaşayan, çağdaş Cənubi Amerika ərazisində yayılmış üç növü əhatə edən nəsli kəsilmiş kayman cinsi.
Purusaurusun ilk və ən böyük növləri Purussaurus brasiliensis, əvvəlcə Braziliyanın Purus çayı bölgəsində alt çənənin indi itən bir parçası şəklində aşkar edilmiş və ilk dəfə 1892-ci ildə braziliyalı botanik Joan Barbosa Rodriqez tərəfindən təsvir edilmişdir. Cinsə verilən adda buradan meydana gəlmişdir — "Purus çayından olan kərtənkələ". Ancaq 1936-cı ildə Purussaurusun bir cins olaraq müstəqilliyi, paleontoloq Brian Patterson tərəfindən enlisifət kayman, eynəkli kayman və paraqvay kaymanlarını əhatə edən müasir kaymalara daxil edilməli olduğunu vurğulamışdır. Bununla belə Purussaurusun Caiman brasiliensis olaraq təsnif edilməsi, cağdaş cinsin nümayəndələri arasında olduqca açıq fərqlərin olması səbəbindən elmi dünyasında dəstəklənməmişdir[1].
İkinci Purusaurus növü 1921-ci ildə amerikalı paleontoloq Çarles Muk tərəfindən qismən bir skeletdən təsvir edilmişdir. Növ Dinosuchus neivensis adını alır və dişləri olan başqa bir çənənin parçaları onun tərəfindən Brachygnathosuchus brasiliensisə aid edilir. Sonra 1965-ci ildə amerikalı paleontoloq Vann Lanqston hər ikisini də düzəldir və nəticədə onları Caiman neivensis olaraq təyin edərək müasir Kaymanlar cinsinə daxil edir. Nəhayət yalnız 1989-cu ildə Braziliyalı alim Jan Vilyanueva bu qalıqları ikinci Purusaurus növü olaraq təsnif edir. Növə Purussaurus neivensis adı verilir — bu ad, fosillər tapılan Kolumbiyanın Neyva şəhərinin şərəfinə verilir[2].
Üçüncü növ Purussaurus mirandai olur. Növ üç Cənubi Amerikalı paleontoloqlar tərəfindən təsvir edilmişdir: Oranxel Aqilera, Duqlas Riff və Jan Vilyanueva. Növün adı bu ölkənin milli qəhrəmanı Fransisko Mirandanın şərəfinə verilir[3]..
Purussaurus çağdaş timsahlar nəzərən qeyri-adi dərəcədə kütləli, qısa və güclü bir kəlləyə sahib idi. Purussaurus brasiliensis növünün böyük nümunəsinin (DGM 527-R) kəllə uzunluğu təxminən 1.45–1.5 m[4], kəllədən hesablanan ümumi uzunluğu isə 10.28 m-dir. Kütləsi 5 tondan çox olmuşdur[5]. Purussaurusun (UFAC 1403) başqa bir böyük nümunəsi o qədər də kiçik deyil — kəllə uzunluğu 1,4 m və ümumi uzunluğu (çağdaş enlisifət qaymanla müqayisədə) 9,9–15,8 metr, kütləsi 5, 6–12,6 ton. Nəhəng ölçülü purussaurus 2010-cu ildə tapılmışdır. Alt çənənin uzunluğu 1,62 metr olaraq təsdiqlənmişdir. Bu Purussaurus brasiliensis növünün böyüklərinin orta hesabla bu boyda olduqlarına dair çox ehtiyatla bir nəticə çıxarmaq imkanı verir. Buna əsasən ən böyük nümunələrin uzunluğu 15 metrdən çox və çəkisinin isə 14 tondan çox olabilməsi ehtimal edilir. Purussaurus mirandai növü Purussaurus brasiliensisdən çox kiçik deyil və ən böyüyü təxminən 122 sm uzunluğunda olan bir kəllə quruluşuna bənzər bir quruluşa sahib olmuşdur[6].
Purusaurusun böyük ölçüsünü nəzərə alaraq, böyük ölçüsünə görə poikilotermik bir heyvan olmasına baxmayaraq nisbətən sabit bir bədən istiliyi saxladığı düşünülür. Çağdaş timsahlar kimi, Purusaurus da güclü bir quyruğa sahib idi. Bədəni termoregulyasiyada saxlayan osteodermlərlə örtülmüşdü.
Purussaurus yaşayış yerindəki qida zəncirinin ən zirvəsində dururdu. Purussaurus ət parçalarını dişləmək və sümükləri əzmək üçün yaxşı uyğunlaşmış, kütləli və qısa bir kəlləsi ilə yanaşı, dişlərdə müasir kaymanlarda və timsahlarda olmayan ət kəsməkməyə xidmət edən psevdosifodont dişli kənarlara sahib idi. Hesablamalara görə, 8.4 tonluq Purusaurus gündə orta hesabla 21.6 ilə 59.5 kq arasında yemək yeyir və 69 kN-dan çox qüvvə ilə çənələrini sıxa bilirdi. Çağdaş timsahların dişləmə gücünün ölçülərinə əsaslanaraq, purussaurusun dişləmə qüvvəsi 178587.9 N olaraq hesablanmışdır.
Purusaurus yaxınlığında yaşayan ən böyük quru məməliləri olan Astrapoterilər kimi heyvanları ovlamışdır. 1.8–3.3 m uzunluğunda bir çanağı olan nəhəng studendemis tısbağası çənələrinin dibində küt dişlərini istifadə edə bilən Purusaurs üçün cazibədar bir ov idi. Yarasalar, quşlar, iri balıqlar, çay delfinləri və meymunlar kimi kiçik heyvanlar, öz növbəsində, gənc purusaurlar üçün qida rolunu oynayırdı.
Cinsə üç növ daxildir: