Puruşartha

Puruşartha (sanskr. पुरुष-अर्थ ) və ya çaturarthaHinduizmdə insan həyatının dörd məqsədi.[1][2][3] Məqsədlər bunlardır:

  • Dharma və ya dhamma (sanskr. धर्म - tutan və dəstəkləyən) – əxlaq, salehlik.
  • Artha (artha - "mahiyyət", "fayda") – maddi rifah
  • Kama ((sanskr. काम ) - "sevgi") – şəhvətli hisslər, ehtiras.
  • Mokşa (sanskr. मोक्ष - "azad etmək") – doğum və ölüm dövriyyəsindən qurtulma (Sansara)

Tarixən əvvəlcə ilk üç məqsəd, Sanskritcə üç düşmən adlanan dharma, artha və kama müəyyən edilmişdir. Daha sonra dördüncü məqsəd, mokşa formalaşmışdır. Müasir Hind fəlsəfəsində dörd puruşartha anlayışı insanın fiziki, emosional və mənəvi ehtiyaclarının ödənilməsini təcəssüm etdirir. Tez-tez dörd puruşartha və varnaşramanın veda sistemi arasında paralellər çəkilir.

Aşrama:

  • Brahmaçarya (sanskr. ब्रह्मचर्य ) – həyatın ilk mərhələsi. Tələbənin rahib kimi yaşadığı, cinsi əlaqədən çəkindiyi və quruya xidmət etdiyi, ondan mənəvi biliklər aldığı təlim mərhələsi.
  • Qrihastha (sanskrit. Grihastha) – ailə həyatı, iş. Bu aşramada kama və arthaların puruşarthaları yerinə yetirilir. Valideynlərini, uşaqlarını, qonaqlarını və müqəddəs insanları saxlamaq hindli ailə başçısının borcudur.
  • Vanaprastha (sanskrit. Vâna-prastha) – təqaüdə çıxmaq və maddi dünyadan tamamilə imtina etməyə hazırlıq. Bu mərhələdə bütün maddi vəzifələr tədricən böyük övladlara ötrülür və daha çox mənəvi təcrübələrə və müqəddəs yerləri ziyarətə vaxt ayrılır.
  • Sannyasa (devanaqari: संन्यास) – həyatın son mərhələsidir, askentizm, özünüdərk, mənəvi təcrübələrə tam bağlılıq ilə xarakterizə olunan maddi dünyadan tam imtina mərhələsidir. Bu aşramada ölüm anına və mokşaya çatmaq üçün lazımi hazırlıq aparılır.[4]
  1. For dharma, artha, and kama as «brahmanic householder values» see: Flood (1996), p. 17.
  2. For the Dharma Śāstras as discussing the «four main goals of life» (dharma, artha, kāmaIAST, and moksha) see: Hopkins, p. 78.
  3. For definition of the term पुरुष-अर्थ (puruṣa-arthaIAST) as «any of the four principal objects of human life, i.e. धर्म, अर्थ, काम, and मोक्ष» see: Apte, p. 626, middle column, compound #1.
  4. S.S. Rama Rao Pappu, «Hindu Ethics», in Rinehart, 2004. səh. 165–168
  • Сыркин А. Я. Дидактика классического индуизма // Древо индуизма / Отв. ред. И. П. Глушкова. — М.: Издательская фирма «Восточная литература» РАН, 1999. — С. 96—127. — 559 с. — (Культура народов Востока). — 2500 экз. — ISBN 5-02-018032-7.
  • На английском языке
  • Apte, Vaman Shivram. The Practical Sanskrit Dictionary (неопр.). — Delhi: Motilal Banarsidass Publishers, 1965. — ISBN 81-208-0567-4. (fourth revised & enlarged edition).
  • Flood, Gavin (1996), An Introduction to Hinduism, Cambridge: Cambridge University Press, ISBN 0-521-43878-0
  • Hopkins, Thomas J. The Hindu Religious Tradition (неопр.). — Cambridge: Dickenson Publishing Company, Inc., 1971.
  • Dhallapiccola A. (исп.)рус.. Dictionary of Hindu Lore and Legend (англ.)рус.. — New York: Thames & Hudson (англ.)рус., 2002. — 224 p. — ISBN 9780500284025, ISBN 0500284024.
  • Patrick Olivelle, The asrama system: the history and hermeneutics of a religious institution (New York, Oxford: Oxford University Press, 1993) (ISBN 0-19-508327-X)
  • Rinehart, R (Ed.) (2004), Contemporary Hinduism: Ritual, Culture, and Practice, ABC-Clio, ISBN 1-57607-905-8