Pxuket

Şəhər
Pxuket
tay ภูเก็ต
Gerb
Gerb
7°53′17″ şm. e. 98°23′51″ ş. u.HGYO
Ölkə  Tailand
Region Pxuket
Tarixi və coğrafiyası
Əsası qoyulub 17 mart 1912
Sahəsi 12 km²
İqlimi Tropik
Saat qurşağı UTC+07:00
Əhalisi
Əhalisi 77 610[1] nəfər (2015)
Sıxlığı 6 300 nəf./km²
Rəsmi dili Tay dili
Digər
http://www.phuketcity.go.th/  (tay.)
Xəritəni göstər/gizlə
Pxuket xəritədə
Pxuket
Pxuket
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pxuket (tay ภูเก็ต) - Tailandın Pxuket vilayətində şəhər və bu vilayətin inzibati mərkəzi. Talat Yai və Talat Nuea adlı iki hissədən ibarətdir.

Pxuketin əsası e.ə. I əsrdə hind kolonistləri tərəfindən qoyulmuşdur. Ptolemey III əsrdə bura səyahət etmiş və buranı Jang Si Lanq adı ilə qeyd etmişdi. Adanın coğrafi mövqeyi və təbii sərvətləri onu hər zaman diqqət mərkəzində saxlamışdır. Müxtəlif dövrlərdə bura ərəb, çin, hind və portuqalların əsarətində qalmışdır və bu millətlərin adanın və şəhərin formalaşmasında izləri hələ də izlənilir. Pxuket 1935-ci ildə qəsəbə, 13 fevral 2004-cü ildə isə şəhər statusu aldı.

1970-ci illərdə adanın sahillərində bunqalovların tikilməsi ilə burada turizm meydana gəlməyə başladı. 1970-ci illərin ortalarında burada hava limanın tikilməsi ilə turizm daha sürətlə inkişaf etdi. Hal-hazırda bura ildə 3 milyondan artıq turist gəlir.

Şəhər Pxuket adasının cənub-şərqində, Andaman dənizinin Pxuket körfəzində yerləşir. Paytaxtdan 862 km aralıda yerləşir.

Keppenin iqlimlər təsnifatına görə Pxuket tropik iqlimə malikdir. İl boyu tempratur dəyişikliyi çox azdır. Ortalama tempratur 28 °C-dir. İl iki mövsümə bölünür : nəm (iyun-oktyabr ayları) və quru (noyabr-may). İllik yağıntı miqdarı 2300 mm təşkil edir.

2014-cü il 31 dekabr tarixinə olan məlumata əsasən Pxuketin 77 610 nəfər olmuşdu. Bunlardan 35 888 nəfəri kişi, 41 722 nəfər isə qadın olmuşdu.[1] Burada əsas din Buddizm olsa da, Hinduizm dininə də sitayiş edənlər vardır.

Şəhərdə 2 avtovağzal fəaliyyət göstərir. Buradan ölkənin müxtəlif istiqamətlərinə avtobus reysləri fəaliyyət göstərir. Pxuket Beynəlxalq Hava Limanı şəhər mərkəzindən 32 km şimalda yerləşir.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Pxuket aşağıdakı şəhərlərlə qardaş şəhər statusuna malikdir :

  1. 1 2 http://stat.dopa.go.th/stat/statnew/statTDD/views/showZoneData.php?rcode=8399&statType=1&year=57
  2. "Phuket and Penang become twin cities". Phuket Gazette. 2014-09-18. 2015-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 May 2015.