Pyemont Respublikası

Pyemont
Repubblica Piemontese
Bayraq
Bayraq
liberté, égalité, fraternité
Paytaxt Torino
20 iyun 1799 işğalı

Pyemont Respublikası (it. Repubblica Piemontese, fr. République piémontaise) — Birinci Fransa Respublikasına bağlı inqilab ordularının Pyemont torpaqlarında 1798 və 1799-cu illər arasında qurduğu "Qardaş Dövlətlər"-dən biri.

Pyemont, işğal edilməmişdən əvvəl Sardiniya Krallığının bir parçası idi. Sardiniya Krallığı 1796-cı ildə inqilab orduları ilə "Paris Müqaviləsini" imzaladı və nəticədə Savoy ve Nitsa Fransaya verildi.

1798-ci ildəki ikinci işğaldan sonra, Sardinya kralı Charles Emmanuel Romaya qaçdı. Bu dəfə isə, inqilabçılar müqavilə bağlamaqdan imtina etdilər və onlar 10 sentyabr 1798-ci ildə Pyemont Respublikasını qurdular, lakin bu dövlət beynəlxalq müstəvidə tanınmadı.

Hökumət direktoriya idarə üsulu ilə idarə olunurdu. Ölkə öz sikkələri üzərində azadlıq, bərabərlik və qardaşlıq mənasını verən fransız şüarını "liberté, égalité, fraternité" (azərb. azadlıq, bərabərlik, qardaşlıq‎) yazdırdı.

10 iyun 1799-cu ildə Pyemont Respublikası Avstriya-Rus qüvvələri tərəfindən işğal edildi. Pyemont torpaqları Sardinya Krallığının yenidən bir parçası olduğu elan edildi, ancaq Napoleon Bonaparta bağlı inqilab orduları Marenqo döyüşündən Şimali İtaliyaya girərək işğalı dayandırdılar. Pyemont Respublikası, Subalpin Respublikası olaraq təkrar quruldu.