Pərtəvniyal Sultan külliyəsi

Pərtəvniyal Sultan külliyəsi
Xəritə
41°00′36″ şm. e. 28°57′11″ ş. u.HGYO
Ölkə  Türkiyə
Yerləşir İstanbul, Fateh, Aksaray səmti
Aidiyyatı Osmanlı memarlığı
Memar Sarkis Balyan
Tikilmə tarixi 16 oktyabr 1868 – 9 yanvar 1871
Üslubu Osmanlı memarlığı
Vəziyyəti Fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pərtəvniyal Sultan külliyəsiİstanbulda XIX əsrə aid külliyə[1][2]. Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdüləzizin anası Validə Pərtəvniyal Sultanın[3] sifarişiylə inşa olunan külliyə məscid, məktəb, kitabxana, türbə, 6 ədəd çeşmə və 7 ədəd dükandan ibarətdir. 16 oktyabr 1868-ci ildə başlayan külliyə inşası 9 yanvar 1871-ci ildə tamamlanmışdır. Külliyəyə aid məscidin təməlləri isə saray münəcciminin təyin etdiyi uğurlu saata görə, 4 yanvar 1869-cu ildə — bazar ertəsi günü yerli saatla 16:15'də atılmışdır. Topqapı saray arxivində saxlanılan və 24 dəftərdən ibarət olan məsrəflər toplusunda bina əmini Hüseyn bəy və köməkçisi Hüsrəv bəyin, katibi Sami Əfəndinin, vəqf idarəçisi yəhudi Boqos bəyin, memarı erməni Sarkis Balyan[4] və köməkçiləri Aqop, Bedros bəylərin adları çəkilir. Beləliklə, bir çox mənbədə adı çəkilən italyan memar Pietro Montani Əfəndinin külliyənin memarı olmadığı məlum olur.[5]

Külliyənin banisi olan Validə Pərtəvniyal Sultan oğlunun taxtdan endirilməsi və öldürülməsindən xeyli sonra — 26 yanvar 1884-cü ildə vəfat etmiş və külliyəyə aid türbəyə dəfn edilmişdir. Bundan başqa türbədə nəvəsi Yusif İzzəddin Əfəndinin xanımı Çeşmi-ahu xanım, körpə yaşlarında vəfat edən oğlu Mehmed Bahəddin Əfəndi və qaynanası Məstarə xanım da dəfn edilmişdir.[6] 1926–1929-cu illərdə tramvay yolunun genişləndirilməsi əsnasında türbə bir az geri çəkilmiş, 1958-ci ildə isə tamamilə dağıdılmışdır. Burada dəfn olunan cənazələr bir müddət Topqapı sarayında mühafizə edildikdən sonra Sultan Mahmud türbəsinə daşınaraq əri Sultan Mahmudun məzarı üzərinə dəfn edilmiş, ardından türbəsinin yenidən inşa edilməsiylə 1969-cu ildə ikinci dəfə yer dəyişdirmişdir.

  • Mehmed Süreyyâ, Sicill-i Osmanî (haz. Nuri Akbayar, s.nşr. Seyit Ali Kahraman), İstanbul 1996, I, 35.
  • Tahsin Öz, İstanbul Camileri, Ankara 1987, I, 149.
  • Turgut Saner, 19. Yüzyıl İstanbul Mimarlığında Oryantalizm, İstanbul 1998, s. 63–66.
  • Şevket Pamuk, İstanbul ve Diğer Kentlerde 500 Yıllık Fiyatlar ve Ücretler: 1469–1998, Ankara 2000, s. 30.
  • Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 2004, s. 537–538.
  • Afife Batur, "Valide Camii", DBİst. A, VII, 360–362.
  1. Cengiz Can, "Levantine Architects in Post-Tanzimat Istanbul Architecture", Atti del convegno: Architettura e architetti Italiani ad Istanbul tra il XIX e il XX secolo, Istanbul 1995, s. 55–60.
  2. Behçet Ünsal, "İstanbul’un İmarı ve Eski Eser Kaybı", Türk San‘atı Tarihi Araştırma ve İncelemeleri, İstanbul 1969, II, 6–61.
  3. M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1985, s. 124–126.
  4. Pars Tuğlacı, Osmanlı Mimarlığında Batılılaşma Dönemi ve Balyan Ailesi, İstanbul 1981, s. 233–236.
  5. Nurcan Yazıcı, Çok Yönlü Kişiliğiyle Pierre Montani (yüksek lisans tezi, 2002), Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü, s. 89–100.
  6. Validə Sultan türbeleri. Fikriyat