Pərvin Büldan

Pərvin Büldan
kürd. Pervin Buldan
11 fevral 2018 – 28 avqust 2023
ƏvvəlkiSəlahəddin Dəmirtaş
Serpil Kemalbay
SonrakıCahid Kırqazaq
Sultan Özcan
24 noyabr 2015 – 11 fevral 2018
Sədrİsmayıl Kahraman
ƏvvəlkiYurdusev Özsömənler
SonrakıMithat Sancar
Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
22 iyul 2007-ci ildən
Seçki dairəsi2007İğdır
2011İğdır
iyun, 2015İstanbul
noyabr, 2015İstanbul
2018İstanbul
2023Van
Şəxsi məlumatlar
Doğum adı Pervin Yüzer[1]
Doğum tarixi 6 noyabr 1967(1967-11-06) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya DTP, BDP, HDP, DEM Partiyası
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pərvin Büldan (6 noyabr 1967, Hakkari) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[2]

Pərvin Büldan 6 noyabr 1967-ci ildə Hakkari ilində anadan olub.

2007-ci ildə 10% barajını aşmaq üçün DTP, SOL, SDPEMEP namizədlərindən ibarət qurulan “Min Ümid Namizədləri” ittifaqında bitərəf namizəd olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü çağırışının deputatı seçilib. İğdır ilindən seçilən birinci qadın deputat idi. Deputat olduqdan DTP üzvü olub. DTP-nin qapadılmasından sonra BDP-də təmsil olunub.

2008-ci ilin martında İğdırda baş tutan mitinqdə Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı tərifləyən çıxışlar etdiyi iddiası ilə Cəza Məcəlləsinin 215-ci (cinayəti və cinayət törədənə tərif) və 216/1-ci (ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmə və ya alçaltma) maddələrinə əsasən istintaqa başlanılıb.

  1. https://www.birgun.net/haber/pervin-buldan-in-babasi-halis-yuzer-hayatini-kaybetti-394902.
  2. TBMM. "Pervin BULDAN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.