Qımılqazma | |
---|---|
41°15′ şm. e. 48°18′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 500 (2009) nəfər |
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir.[1]
Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır.
Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Oykonim Qımıl (kənd adı) və qazma (ev tipi) topokomponentindən ibarət olub, “Qımıl kəndinin qazması, qımıltılara məxsus qazma” mənasındadır.[2]
Üç tərəfdən meşələrlə, aşağı tərəfi isə Qudyalçayla əhatə olunub. Kənd Qəçrəş, Küsnət, Qımıl və İspik kəndləri ilə sərhəddir.
2003-cü ilin məlumatlarına görə kənddə 120 ailə yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 500 nəfər əhali yaşayır.[3]
Qımıl-qazma kəndi Quba rayonunun turistlərin maraq göstərdiyi məkandır. Kənddə 1 mədəniyyət sarayı, 1 doqquz illik məktəb, kitabxana, bələdiyyə binası fəalliyyət göstərir.
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |