Qırxbulaq (Göyçə)

Kənd
Qırxbulaq
40°09′26″ şm. e. 45°43′35″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 1.965 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 3.888 nəf. (2023)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1604
Xəritəni göstər/gizlə
Qırxbulaq xəritədə
Qırxbulaq
Qırxbulaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qırxbulaqİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.[1]

Rayon mərkəzindən 2 km cənubda, Göyçə gölünün cənub-şərqində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «çoxlu» mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranmışdır. Ərazidə çoxlu bulaq olduğu üçün kənd Qırxbulaq adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Akunk qoyulmuşdur.

Kənddə 1831-ci ildə 247 nəfər yalnız azərbaycanlı, 1897-ci ildə ermənilərlə yanaşı 23 nəfər azərbaycanlı yaşamışdır[3].

1831-ci ildən sonra kəndə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir[4]. 1905-1906-cı illərdə azərbaycanlılar sıxışdırılmış və kənddən tamamilə çıxarılmışlar. 1906-cı ildən sonra kənddə yalnız ermənilər yaşamışdır.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.61
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112
  4. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.146