Qızılı rododendron | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qızılı rododendron |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qızılı rododendron (lat. Rhododendron aureum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Altay, Uzaq Şərq, Saxalin, Şimali Kurildə yayılmışdır.
Qızılı rododendron tünd-qonurqabıqlı, sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur. Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür. Yarpaqları növbəli,uzunluğu 2-8 sm, kənarları bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfi daha açıq, yaxşı bilinən torvarı damarcıqlı, ellipsvari və ya yumurtavari, bünövrəsi ensiz, dərili, hamar, kənarları aşağıya burulmuş, saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında, uzun çiçək saplaqlarında 3-5 (8) ədəd yığılmışdır. Çiçək tacı bir az əyri, diametri 4-5 sm, açıq-sarı, enli-qıfvarı, 5 qanadlıdır. Erkəkcikləri 10 ədəd, qeyri-bərabər uzunluqdadır. Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı, uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır. Meyvəsi 5 laya açılan, 5 yuvalı qutucuqdur. Toxumları xırda, çoxsaylıdır. May-iyun aylarında çiçəkləyir, iyul-avqustda isə meyvə verir.
Kölgəsevən, mezofit bitkidir. Yüksək dağ zolağında, alp və subalp zolağında kolluqlar əmələ gətirir.
Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Gəncədə rast gəlinir.
Yarpaqlarından dərman hazırlanır. Onun həlimi və cövhəri ürək əzələsinin tonusunu qaldırır, ürək döyüntüsünün amplitudasını tənzimləyir, qan təzyiqini çox dəyişmir.