Qacarlar sülaləsi | |
---|---|
قاجاریان | |
Ölkə | |
Banisi | Ağa Məhəmməd şah Qacar |
Sonuncu hökmdar | Əhməd şah Qacar |
Hazırkı rəhbər | II Həmzə Qacar |
Əsası qoyulub | 1789 |
Soyun kəsilməsi | - |
Milliyyət | türk |
Vikianbarda əlaqəli mediafayllar |
Qacarlar sülaləsi (az.-əski. قاجارلار və ya قَجَرلَر, fars. سلسله قاجاریه) — Azərbaycan və indiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı[1][2]- türk mənşəli sülalə.[3][4][5][6]
Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi)[7][8][9][10] olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar[11]. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır[12] və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur[13]. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur.
Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb. Səfəvilər İran sərhədlərini özbəklərdən qorumaq üçün bunları Astrabada köçürüblər. Bu köçürülmə və seçim onu göstərir ki, el döyüşkən olub. Qacar eli Səfəviyyə şahlarına həmişə vəfalı qalıb. Qacar eli tərəfindən heç vaxt Səfəvi şahlarına qarşı etiraz, üsyan, yağılıq olmayıb. Səfəvi dövrünün bütün əhmiyyətli savaşlarında, qərbdə, şərqdə baş verən osmanlı və özbəklərə qarşı müharibələrdə Qacar elinin başçıları və döyüşçüləri iştirak ediblər. O elin səfəvilərə bağlılığının iki səbəbi vardı. Birincisi yazdığımız kimi qohumluq əlaqələri, ikincisi elin arasında olan ikitirəlik idi. Hər tirə özünü dövlətə yaxın göstərmək istədiyindən savaşlarda can-başla iştirak edirdi. Qacar eli İranın şərq hissəsində yerləşəndən sonra, heyvandarlıqla məşğul olduğundan Gürgan və Ətrək çaylarının sahillərini seçdi. Bu yer onların sabiq yurdlarına çox bənzəyirdi. Orda otlaqlar bol idi. Bu çayların kənarında hansı tarixdən yaşadıqları dəqiq deyil, amma belə məlum olur ki, Qacar elinin qrupları arasında ixtilaflar baş verib. Bu ixtilafların ilkin səbəbi yerləşmə üstündə əmələ gəlmişdi. Onlar Gürgan çayının aşağı və yuxarı başına əyləşmişdilər. Yuxarı başda əyləşənlərə yuxarıbaşlılar, aşağı başda əyləşənlərə aşağıbaşlılar deyiblər. Türklər arasında yuxarıbaşlılar dəvəli, aşağıbaşlılar qoyunlu adlanıblar".[14].
Tarixçi Nasir Nəcmi kitabında qacarların Qarabağ bölgəsindən, Araz kənarından köçürülməsi haqqında yazır: "Türk irqinin bir qolu kimi sayılan Qacar tayfası tarixi hadisələrin və şahların siyasəti nəticəsində bir yerdən başqa yerə köçürülmüşdür. Səfəviyyə şahları zamanında Qacar tayfası birdəfəlik Araz çayının ətrafından Gürgan çayı dərəsinə köçürülmüş orada Iran hüdudlarını, sərhəd şəhərlərini qorumaq işilə məşğul olmuşdu. Get-gedə tayfa içərisində ixtilaf törənmiş, bu isə tayfanın iki hissəyə parçalanmasına səbəb olmuşdur. Beləliklə, tayfanın bir hissəsi Qoyunlu, yaxud "Aşağıbaş" qacarları, ikinci hissəsi isə "Yuxarıbaş" qacarları adını almışdır".[15].
I Şah Abbas Qarabağ qacarlarının bir hissəsini, əsasən Qovanlı, Dəvəli, Şambayatı, Ziyadlı oymaqlarını Astrabada köçürmüşdü. Onlar Gürgançay boyunca məskunlaşmışdılar. Bu oymaqlar yerləşdikləri əraziyə görə, iki qola ayrılırdı. Yuxarıbaşlı və Aşağıbaşlı qruplarına. Ayrıldılar:
Yuxarıbaşlı qolu: dəvəli, köhnəli, xəzinədarlı, qıyaxlı, kürlü, sepanlı.
Aşağıbaşlı qolu: qovanlı, izzətdinli, şambayatı, ziyadlı, qaradonlu, qaramusanlı, daşlı.
Petruşevski qeyd edir ki, Qacar elinin soy-kökündə dayanan tayfalardan biri də Cəlairdir. Biz bilirik ki, Cəlair ulusu Azərbaycana monqol-tatarların fütuhatı dönəmində gəlmişdir. Cəlair ulusunun cadaran, cat, orlat, tukaraun, karavun və başqa oymaqları vardı. Cadaran oymağının Kumun kovan, Mukali kovan, Buğa kovan, Boqol kovan adlı noyonları Çingiz xanın silahdaşları, özləri isə ata-bala, qohum əqraba idilər. Monqol qurumunda kovan ünvan, rütbə sayılırdı. Ola bilsin ki, Qovanlı oymağı öz adını bu ünvandan alıb.
Qaçar ağa Sərtaq ağanın oğlu, Sapa ağanın nəvəsi idi. Onun noyon ünvanı, rütbəsi yoxudu. Cəlair ulusunun Karavun oymağından idi. Qacarların Yuxarıbaşlı qrupunda Sapanlı adlı oymağı ola bilsin ki, öz adını Sapa ağadan alıb. Tarixçi Ələskər Şəmim yazır: "Tarixdə qoyunlu adı ilə tanınan aşağıbaşlılar Səfəvi şahlarına xidmət etdikləri üçün çox gücləniblər və nüfuz sahibi olublar. Səfəvi şahları Qacar elinin arasında olan ixtilaflardan istifadə edirdilər. Onların birləşməyinə mane olurdular. Bilirdilər ki, birləşib güclənən el mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıracaq. Beləliklə, hər qrup öz arasında canfəşanlıqla, şahlara vəfadarlıqla çalışdığından onların xətrini əziz tuturdular.
Aşağıbaşlılar Şah Süleyman Səfəvi zamanında İranın şimal hissəsindəki ellərin içində çox nüfuz qazandıqlarından hakimiyyətin hörmətinə səbəb olmuşdular. Elin bəzi başçıları həm məqam-mənsəb sahibi, həm də Gürgan və Dəşt ətrafında tiyul-soyurqal yiyəsi oldular. Bu şan-şöhrət yuxarıbaşlıların kin-küdurətinə səbəb oldu. Sonralar nifaın qızışmasına görə, tayfa-tirələrin arasında qanlı döyüşlər baş verdi".[16].
Oğuz türklərinin boyu[3][4][5][6] | |||||
---|---|---|---|---|---|
Bayat boyu | |||||
Qacarlar | |||||
Qovanlı oymağı | |||||
Qacarlar sülaləsinin şəcərəsi | |||||
Qacarlar sülaləsi |
Şəkli | Adı | Atası | Hökmranlığı | Qeydlər |
---|---|---|---|---|
Astrabad və ətraf ərazilərdə yerli əmirlik dövrü (XVIII əsrin əvvəlləri-1747) | ||||
Fətəli xan Qovanlı-Qacar | Şahqulu xan | XVIII əsrin əvvəlləri-1726 | Astrabaddakı Mübarəkabad qalasının hakimi (XVIII əsrin əvvəlləri-1722)[17], Astrabad və ətraf ərazilərin bəylərbəyi (1722–1726)[18], Səfəvi İmperiyasının baş vəziri (1722–1726) olmuşdur. | |
Məhəmmədhəsən xan Qovanlı-Qacar | Fətəli xan Qacar | 1726–1747 | Astrabad və ətraf ərazilərdə yaşayan Aşağıbaş (Qovanlı) qacarlarının başçısı[19] olmuşdur | |
Müstəqil xanlıq dövrü dövrü (1747–1759; 1770–1777; 1779–1789) | ||||
Məhəmmədhəsən xan Qovanlı-Qacar | Fətəli xan Qacar | 1747–1759 | 1747-ci ildıə mərkəzi Astrabad olan ilk müstəqil Qacar dövlətini qurmuşdur. | |
Hüseynqulu xan Qacar (Cahansuz şah) | Məhəmmədhəsən xan Qovanlı-Qacar | 1770–1777 | 1770-ci ildə Zəndlərdən ayrılaraq Astrabadda Qacarların müstəqilliyini bərpa etmiş, "Cahansuz şah"adı ilə tanınmışdır[20] | |
Ağa Məhəmməd xan | Məhəmmədhəsən xan Qovanlı-Qacar | 1779–1789 | 1779-cu ildə Astrabadda yenidən Qacarların müstəqilliyini bərpa etmiş, 1785-ci ildə Tehran və Qumu, 1786-cı ildə İsfahanı ələ keçirmiş, 1786-cı ildə paytaxtı Tehrana köçürmüşdür[20] | |
Qacarlar dövləti (şahlıq dövrü) (1789–1925) | ||||
Ağa Məhəmməd şah | Məhəmmədhəsən xan Qovanlı-Qacar | 1789–1797 | Tacqoyması mart 1796 | |
Fətəli şah | Hüseynqulu xan Qovanlı-Qacar | 1797–1834 | ||
Məhəmməd şah | Abbas mirzə Qovanlı-Qacar | 1834–1848 | ||
Nasirəddin şah | Məhəmməd şah | 1848–1896 | ||
Müzəffərəddin şah | Nasirəddin şah | 1896–1907 | ||
Məhəmmədəli şah | Müzəffərəddin şah | 1907–1909 | ||
Sultan Əhməd şah Qacar | Məhəmmədəli şah | 1909–1925 |
Qacar İmperator Ailəsinə hal-hazırda Məhəmməd Əli şah Qacarın ən böyük nəsli Məhəmməd Həmzə Qacarın oğul nəticəsi rəhbərlik edir. Qacar taxt-tacının vəliəhd-şahzadəsi Hüseyn Mirzə Qacarın nəticəsi, Məmməd Qacarın sonuncu nəvəsi II Həmzə Qacardır.
Məhəmməd Həsən Mirzə 1943-cü ildə İngiltərədə vəfat etdi, Fransada qardaşının ölümündən sonra 1930-cu ildə sürgündə özünü şah elan etdi.
Şah və onun həyat yoldaşı, İmperator Əlahəzrət adlanırdılar. Ən böyük oğlan şaqları Əlahəzrət adlanırdı. Uşaqların hamısı Şahzadə və ya Şahzadə Xanum titulu daşıyırdı.[21]
İmperator Ailəsinin rəhbərliyi Məhəmməd Əli Şahın oğul nəslindən miras qalmışdır.
Fətəli xan Qacar | Əminə bəyim | ||||||||||||||||||||||||||||||||
Məhəmmədhəsən xan Qacar (1747-59) | Ceyran xanım | ||||||||||||||||||||||||||||||||
Ağa Məhəmməd şah Qacar (1779-97) | Hüseynqulu xan Qacar - Cahansuz şah (1771-77) | Ağabacı xanım | |||||||||||||||||||||||||||||||
Fətəli şah (1797-1834) | |||||||||||||||||||||||||||||||||
Abbas Mirzə Qacar | |||||||||||||||||||||||||||||||||
Məhəmməd Şah (1834-48) | |||||||||||||||||||||||||||||||||
Nəsrəddin Şah (1848-96) | |||||||||||||||||||||||||||||||||
Müzəffərəddin Şah (1896-1907) | |||||||||||||||||||||||||||||||||
Məhəmmədəli Şah (1907-09) | |||||||||||||||||||||||||||||||||
Sultan Əhməd Şah (1909-25) | |||||||||||||||||||||||||||||||||
The Qajar were a Turkmen tribe who first settled during the Mongol period in the vicinity of Armenia and were among the seven Qezelbāš tribes that supported the Safavids.