Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Asiyada baş verən hərbi əməliyyatlar haqqında və Yaponiyaya qarşı qərarlar qəbul etmək üçün Misirin paytaxtı Qahirə şəhərində 22-26 noyabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi arasında olmuşdur. SSRİ rəhbəri İosif Stalin Yaponiya ilə gərginliyin ola biləcəyindən ehtiyatlanaraq bu konfransda iştirak etməmişdi ( 2 dövlət arasında 1941-ci ildə bağlanmış 5 illik Sovet-yapon bitərəflik paktına görə bu hadisə baş vermişdi və 1943-cü ildə SSRİ Yaponiya ilə müharibədə deyildi).
Qahirə konfransı ABŞ-nin Misirdəki səfiri Aleksandr Kirkin iqamətgahında keçirilmişdi.[1]
2 gün sonra İosif Stalin Franklin Ruzvelt və Vinston Çörçill ilə Tehran konfransında görüşdü.
Qahirə bəyannaməsi, 27 noyabr 1943-cü ildə imzalandı və radio ilə 1 dekabr 1943-cü ildə elan edildi,[2] müttəfiqlərin Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər müharibə edəcəkləri ərz olundu. Qahirə bəyannaməsinin əsas müddəaları bu idi ki, Yaponiya təcavüzkarlığının qarşısı alınmalıdır, Mancuriya, Formosa və Peskadores daxil olmaqla, bu ərazilər Çin Respublikasına qaytarılmalı idi. Yaponiya müstəmləkəçilik etdiyi ərazilərdən məhrum edilməli, Koreya azad və müstəqil dövlət olmalı idi.