Qalba | |
---|---|
lat. Ser. Sulpicius Galba lat. L. Livius Ocella Sulpicius Galba lat. Lucius Livius Ocella Sulpicius Galba | |
Roma imperatoru | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 dekabr e.ə. 3 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Uşaqları | 3 (bilinmir, bilinmir daxil olmaqla) |
Ailəsi | Yulilər-Klavdilər[1] |
Dini | Qədim Romada din |
Rütbəsi | Leqat |
Vikianbarda əlaqəli mediafayllar |
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru.
Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi. Hətta həmişə onları çiddi tədbirlərlə intizama dəvət edəcəyi ilə təhdid edirdi. Qalbanın öz düşmənləri ilə; plebeylərlə, eləcə də əsgərlərlə ciddi rəftarı və xəsisliyi aşağı təbəqələr arasında da ona hörmət qazandırmadı. Buna görə də о yalnız yeddi ay hakimiyyətdə qala bildi. Qalba yanvarın 15-də 69-cu ildə forumda öz adamları ilə birlikdə öldürüldü.
SƏLƏF Neron |
Qalba Yulilər-Klavdilər |
XƏLƏF Oton |