Qandi | |
---|---|
ing. Ghandi | |
Janr | bioqrafik film[1], fleşbək filmi[d], dram filmi[2][3], tarixi dram, dram |
Əsas mövzu | Mahatma Qandi |
Rejissor | Riçard Attenborou |
Prodüser | Riçard Attenborou |
Baş rollarda |
Ben Kinqsley Rohini Hattanqadi |
Bəstəkarlar | |
Montajçı | Con Blum[d] |
İstehsalçılar | Columbia Pictures |
Distribütor | Columbia Pictures, Netflix |
İlk baxış tarixi | 10 dekabr 1982[4], 18 mart 1983[5], 18 fevral 1983[6] |
Müddət | 181 dəq., 185 dəq. |
Büdcə | 22.000.000 $ |
Gəlir | 52.800.000 $ |
Ölkələr | |
Dil | İngilis |
Rəng | rəngli, ağ-qara[d] |
IMDb | ID0083987 |
Mükafatları |
Qandi (ing. Ghandi)— 1982-ci ildə çəkilmiş, Mahatma Qandinin həyatı barədə bioqrafik filmdir.
20-ci yüzilliyin ilk yarısında Böyük Britaniyanın Hindistanda koloniyalar qurması və Hindistanın vəziyyətindən bəhs edən filmin rejissoru Riçard Attenboroudur. Qandi rolunda Ben Kinqsley Oskar mükafatı almışdır. İngiltərə və Hindistanın ortaq çəkdiyi filmin premiyerası 30 noyabr 1982-ci ildə Yeni Dehlidə keçirilmişdir.
Film Qandinin 1893-cü ildə yalnız ağdərililər üçün nəzərdə tutulan vaqona mindiyi üçün Cənubi Afrika qatarından qovulması səhnəsi ilə başlayıb, 1948-ci ildə öldürülməsi və dəfni ilə bitir. Filmdə onun Hinduizmə sitayiş etməsinə baxmayaraq, İslam və Xristianlıq kimi digər dinlərə də hörmətlə yanaşması da əks olunmuşdur.
Qandi filmi Hindistanda 30 Noyabr, Birləşmiş Krallıqlarda 3 Dekabr, ABŞ-də isə 6 dekabr 1982-ci il tarixlərində ekrana buraxılmışdır. 11 kateqoriya üzrə Oskar mükafatına namizəd göstərilən film 8 kateqoriya üzrə Oskar mükafatı laureatı olmuşdur