Qanlı taxt | |
---|---|
yap. 蜘蛛巣城 | |
Janr | dram filmi, ədəbi əsər ekranlaşdırılması[d] |
Rejissor | |
Prodüserlər | Sociro Motoki, Akira Kurosava |
Ssenari müəllifləri | Akira Kurosava, Şinobu Haşimoto, Ryuzo Kikuşima, Hideo Oquni |
Baş rollarda | Toşiro Mifune, İsuzu Yamada, Takaşi Şimura |
Operator |
|
Montajçı | Akira Kurosava |
İstehsalçı | Toho[d] |
Distribütor | Toho[d], Netflix |
İlk baxış tarixi | 15 yanvar 1957 |
Müddət | 110 dəq. |
Ölkə | |
Dil | yapon dili |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Yaponiya |
IMDb | ID0050613 |
Vikianbarda əlaqəli mediafayllar |
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō?) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar.
"Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir.
Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur.
Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır. Bir gün Vaşizu və Miki hakimin düşmənlərini məğlub etdikdən sonra meşədə bir ruhla qarşılaşırlar. Ruh onlara gələcəklərini söyləyir: Vaşizu Şimal qarnizonunun, Miki isə birinci qalanın komandiri olacaq. Ondan sonra Vaşizu Hörümçək toru qalasının hakimi olacaq. Lakin ən sonda bildirir ki, Vaşizudan sonra Mikinin oğlu qalaya hakim olacaq. Vaşizu və Miki əvvəlcə onun sözlərinə əhəmiyyət vermirlər, lakin tezliklə Hörümçək toru qalasında hakimiyyət uğrunda mübarizə başlayır.
Aktyor | Personaj | Makbet analoqu |
---|---|---|
Toşiro Mifune | Vaşizu Taketoki (鷲津 武時?) | Makbet[1] |
İsuzu Yamada | Vaşizu Asaci (鷲津 浅茅?) | Leydi Makbet[2] |
Takaşi Şimura | Odakura Noriyasu (小田倉 則保?) | Macdaff[3] |
Akira Kubo | Miki Yoşiteru (三木 義照?) | Flins[4] |
Hiroşi Taçikava | Tsuzaki Kunimaru (都築 国丸?) | Kral Dankan[5] |
Minoru Çiaki | Miki Yoşiaki (三木 義明?) | Banko[4][6] |
Takamaru Sasaki | Tsuzuki Kuniharu (都築 国春?) | Malkolm[7] |
Kokuten Kodo | birinci general | |
Ueda Kiçiciro | Vaşizunun işçisi | |
Eyko Miyoşi | xidmətçi qadın | |
Çieko Naniva | Hörümçək torunun ruhu (物の怪の妖婆?) | Üç cadugər[8] |
Uilyam Şekspirin tamaşaları Yaponiyada 1868-ci ildə Meyci islahatından sonra oxunmağa başlamışdır.[8] Lakin İkinci dünya müharibəsi illərində qadağan olunmuşdur.[9] Akira Kurosava Şekspirin "Makbet" tamaşasının fanatı idi və onun əsasında film çəkmək istəyirdi. Bunu 1950-ci ildəki "Raşomon" filmindən sonra etməyi planlaşdırırdı, lakin Orson Uellsin "Makbet" filminin buraxılmasından sonra bir az gözləməyə qərar vermişdir.[10]
Kurosava inanırdı ki, Şotlandiya və Yaponiya orta əsrlərdə sosial problemlərlə üzləşmişdilər və bunlar müasir dövr üçün dərsdir. O, Şekspirin tamaşası ilə No sənətinin stilini birləşdirmişdir.[11] Kurosava No fanatı olduğu üçün onu kabukidən üstün tutmuşdur. Filmin müxtəlif yerlərində No maskalarından istifadə olunmuşdur. Filmin musiqisi də No sənətindən təsirlənmişdir.[12]
Kurosava əvvəlcə sadəcə filmin prodüseri olmaq və başqa rejissor tapmaq istəyirdi. Lakin Toho daha aşağı büdcəli film istədiyindən Kurosavanı filmin rejissoru olmağa razı salmışdır.[13]
Qalanın fasadı Fuci dağında tikilmişdir. Həyəti isə Toho-nun Tamaqava studiyasında hazırlanmışdır, hətta Fucidən vulkanik torpaq gətirilmişdir. İnteryer səhnələri isə daha kiçik Tokio studiyasında çəkilmişdir. Meşə səhnələri isə real Fuci dağı meşəsi səhnələri ilə Tokio studiyası çəkilişlərinin qarışığıdır. Vaşizunun evi İzu yarımadasında çəkilmişdir.[14] Kurosavanın sözlərinə görə filmi çəkmək çox çətin idi. O, filmin Fuci dağında ona görə çəkilməsini istəyirdi ki, Fuci dağında tez-tez duman olur. Kurosava həmçinin kifayət qədər adamlarının olmamasından və məkanın Tokiodan çox uzaq olmasından şikayətlənmişdir.[14]
Vaşizunun ölüm səhnəsində ona dəyməyən oxlar əsl oxlar idi və təcrübəli oxçular tərəfindən atılmışdır. Çəkilişlər zamanı Mifune əlini tez-tez yelləyirdi ki, oxçular onu səhvən nişan almasınlar.[15]
Yaponiyada film 15 yanvar 1957-ci ildə Toho tərəfindən buraxılmışdır. 110 dəqiqə davam edən film həmin il Toho-nun ən çox gəlir gətirən filmi olmuşdur.[16]
ABŞ-da film Brandon Films tərəfindən "Qanlı taxt" adlı ilə 22 noyabr 1961-ci ildə buraxılmışdır və 105 dəqiqə davam etmişdir.[16]
1961-ci ildə "Time" jurnalı filmə görə Kurosavanı tərifləmişdir.[17] "The New York Times" Yapon dilində Şekspir ideyasını "əyləncəli" hesab etmiş, kinematoqrafiyanı tərifləmişdir.[18] Böyük Britaniya rejissorları Cefri Riv və Piter Bruk filmi möhtəşəm hesab etmişdirlər, lakin Şekspir filmi olmasını inkar etmişdirlər (dilə görə).[19]
ABŞ film tənqidçisi Harold Blum filmi "ən yaxşı Makbet filmi" adlandırmışdır.[20] 2015-ci ildə Leonard Maltin filmə 4 ulduz vermiş və filmi "qrafik, güclü adaptasiya" adlandırmışdır.[1]
Mükafat | Tarix | Kateqoriya | Qəbul edən | Nəticə | İst. |
---|---|---|---|---|---|
Kinema Cunpo Mükafatı | 1958 | Ən yaxşı aktrisa | İsuzu Yamada | Qazandı | [16] |
Mayniçi Film Mükafatı | 1957 | Ən yaxşı aktyor | Toşiro Mifune | Qazandı | [21] |
Ən yaxşı sənət rejissorluğu | Yoşiro Muraki | Qazandı |