Qapı venası | ||
---|---|---|
Qapı venası və onun qəbul etdiyi venalar. | ||
Latınca | Vena portae | |
Qrey | subyekt 174 681 | |
Başlanır | Mədə-bağırsaq traktı, dalaq | |
Mənbəyi | dalaq venası - lat. v. lienalis, yuxarı çöz (müsariqə) venası - lat. v. nesenterica superior | |
Açılır | Qaraciyər | |
MeSH | Portal+Vein | |
Dorlands / Elsevier |
12851372 | |
Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası — lat. v. mesenterica inferior və dalaq venası — lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — lat. art. hepatica propria ilə bərabər qaraciyərə daxil olur; əvvəlcə qaraciyər qapısında iki (sağ və sol) şaxəyə — lat. rami dexter et sinister bölünür. Sağ şaxəsi qaraciyərin sağ payına və sol şaxəsi kvadrat və quyruqlu paya şaxəciklər verdikdən sonra sol paya daxil olur. Qaraciyər-onikibarmaq bağırsaq bağını keçərkən qaraciyər arteriyası ilə ümumi öd axacağı arasında və onların dalında yerləşir, belə ki sağdan sola doğru əvvəlcə ümumi öd axacağına, ondan bir az sola və dala qapı venasına və ən solda qaraciyər arteriyasına rast gəlinir. Qapı venasının sağ və sol şaxələri qaraciyər parenximasına daxil olaraq, onda paycıqarası venalar — lat. vv. interlobulares adlanan şaxələrə bölünürlər. bunlar paycıqların arası ilə gedərək onlara daxil olurlar və kapillyar toruna keçirlər. Bu kapillyar torda qapı venası və qaraciyər arteriyası ilə gələn qan qarışır.
Paycıqların mərkəzində kapillyarlar toplaşaraq mərkəzi venaları — lat. vv. centrales s. intralobulares təşkil edirlər, bunlar da bir yerdə toplaşaraq 3–4 qaraciyər venasını — lat. vv. hepaticae əmələ gətirirlər. beləliklə qapı venası vasitəsilə qarın boşluğunun tək üzvlərindən (mədədən, dalaqdan, Mədəaltı vəzidən, bağırsaqlardan və ödlükdən) gələn venoz qan qaraciyərdə kapillyar sisteminə keçdikdən sonra (şəkərin artığı qlikogen halında qaraciyər hüceyrələrində qaldıqdan sonra) qaraciyər venalarına toplanır və onların vasitəsilə aşağı boş venaya axır.