Qapalı dövriyyəli televiziya

CCTV kameraları
Hollandiya Polisinə məxsus qapalı dövriyyəli televiziya müşahidə otağı

Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem.[1][2]

Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir.[3][4][5][6][7][8] Bir sözlə, CCTV banklar, şirkətlərhava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır.[9]

CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir.

İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi. Bu da öz növbəsində, monitorların daimi olaraq bir operator tərəfindən izlənilməsini tələb edirdi. Video qeyd yalnız 1970-ci illərdə videomaqnitofon (VCR) çıxdıqdan sonra mümkün oldu. 1990-cı illərin sonunda rəqəmsal videorekorderlərin tətbiqi ilə video lentlər yerinə sabit disklərdə (HDD) qeyd dövrü başladı. Bu gün də CCTV videorekorderlərində sərt disklərdən istifadə olunur.[10][11][12][13][14][15][16][17][18][19][14]

İstifadə sahələri

[redaktə | mənbəni redaktə et]

Təhlükəsizlik və cinayətkarlıqla mübarizə

[redaktə | mənbəni redaktə et]

CCTV bu gün elektron təhlükəsizlik sənayesinin bir hissəsinə çevrilmişdir. Türkiyədə, 2007-ci ildən bu yana qurulmağa başlayan MOBESE (Mobil Elektron Sistemlər İnteqrasiyası) ilə İstanbulda cinayət və cinayətkarlıqla mübarizə məqsədilə 1206 nöqtədə cəmi 4212 kameralı coğrafi baxımdan geniş bir əraziyə yayılmış CCTV sistemi yaradılmışdır. Bu gün demək olar ki, bütün şəxsi şirkətlərdə CCTV sistemləri mövcuddur. Çox yayılmış olmasa da, evdə istifadə üçün uyğun olan CCTV sistemləri, tədricən baxıcıya nəzarət, ev heyvanlarına nəzarət və bənzər məqsədlər ilə təhlükəsizlik məqsədləri üçün istifadə olunur[20][21].

Yol hərəkəti nəzarəti

[redaktə | mənbəni redaktə et]

İnkişaf edən texnologiya ilə birlikdə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitələrinin aşkarlanması üçün İstanbuldaTürkiyənin müxtəlif vilayətlərində EDS (Elektron İdarəetmə Sistemi) adı ilə tanınan CCTV sistemləri yaradılmışdır. Trafik monitorinqində istifadə olunan bəzi kameralarda proqram və ya hardware vasitəsilə nömrə müəyyənləşdirmə və qeyd etmə xüsusiyyəti mövcuddur. Bundan əlavə, sistemlərinə əvvəlcədən yüklənmiş avtomobil nömrələrini oxuduqları avtomobil nömrələri ilə müqayisə edə bilirlər[22][23].

Nəqliyyatda təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

Əsasən sərnişin daşımalarında istifadə olunan avtobuslar, dəniz avtobusları, bərələr, qatarlar kimi nəqliyyat vasitələrinə quraşdırılan və şoka davamlı xüsusi komponentlərlə istehsal olunan CCTV sistemlərinin istifadəsi artmaqdadır[24].

  1. Kumar, Vikas; Svensson, Jakob, redaktorlar Promoting Social Change and Democracy Through Information Technology. IGI Global. 2015. səh. 75. ISBN 9781466685031. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  2. Dempsey, John S. Introduction to private security. Belmont, CA: Thomson Wadsworth. 2008. səh. 78. ISBN 9780534558734. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  3. Verman, Romesh. Distance Education In Technological Age Arxivləşdirilib 2022-03-20 at the Wayback Machine, Anmol Publications Pvt. Ltd., 2005, pp.166, ISBN 81-261-2210-2, ISBN 978-81-261-2210-3.
  4. "Distance education in Asia and the Pacific: Proceedings Of The Regional Seminar On Distance Education, 26 November — 3 December 1986", Asian Development Bank, Bangkok, Thailand, Volume 2, 1987
  5. Hung, Vivian; Babin, Steven; Coberly, Jacqueline. "A Market Survey on Body Worn Camera Technologies" (PDF). The Department of Justice's National Institute of Justice. Johns Hopkins University Applied Physics Laboratory. 2019-01-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-16.
  6. "What's wrong with public video surveillance?". ACLU. 4 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2017.
  7. "Surveillance Cameras and the Right to Privacy". CBS News. 13 August 2010. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2017.
  8. "Best PoE Security Camera System". CBS News. 9 November 2019. 29 September 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 January 2017.
  9. Jan 10; Nash, 2020 | Jim. "Global sales of video surveillance equipment projected to surpass $20 billion this year". Biometric Update (ingilis). 2020-01-10. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
  10. Glinsky, Albert. Theremin : ether music and espionage. Urbana: University of Illinois Press. 2000. 46–47. ISBN 0252025822. OCLC 43286443.
  11. Dornberger, Walter: V-2, Ballantine Books 1954, ASIN: B000P6L1ES, page 14.
  12. "Television Rides Wires" , February 1949, Popular Science Arxivləşdirilib 2020-12-04 at the Wayback Machine small article, bottom of page 179
  13. Kruegle, Herman. CCTV Surveillance. 15 March 2011. ISBN 9780080468181. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2021.
  14. 1 2 "Internet based CCTV on cloud services" (fin). fennoturvapalvelut. 27 March 2015. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2021.
  15. "Karriem Allah". Black Belt (ingilis). Active Interest Media, Inc.: 35 1976. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  16. "Zaire's fight promotion opens new gold mines". The Morning Herald (ingilis). 18 November 1974. 5 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2021.
  17. Television (ingilis). Frederick A. Kugel Company. 1965. səh. 78. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16. Teleprompter's main-spring, Irving B. Kahn (he's chairman of the board and president), had a taste of closed circuit operations as early as 1948. That summer, Kahn, then a vice president of 20th Century-Fox, negotiated what was probably the first inter-city closed circuit telecast in history, a pickup of the Joe Louis-Joe Walcott fight.
  18. Ezra, Michael. The Economic Civil Rights Movement: African Americans and the Struggle for Economic Power (ingilis). Routledge. 2013. səh. 105. ISBN 9781136274756. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  19. "History of Prizefighting's Biggest Money Fights". Bloody Elbow. SB Nation. 24 August 2017. 23 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2021.
  20. Todd Lewan. "Microchips in humans spark privacy debate". USAToday. 7 July 2007. 2012-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  21. "Image Processing Techniques for Video Content Extraction" (PDF). 2022-04-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-16.
  22. "MATE's Analytics Integrate with Hirsch Security Systems". 2009-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  23. 2018 9th International Conference on Information and Communication Systems (ICICS) : 3-5 April 2018, Jordan University of Science and Technology, Irbid, Jordan. Jordan University of Science & Technology, Institute of Electrical and Electronics Engineers. Jordan Section,, Institute of Electrical and Electronics Engineers. [Piscataway, New Jersey. ISBN 9781538643662.
  24. James Vincent, The Verge. "Artificial Intelligence Is Going To Supercharge Surveillance Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine." 23 January 2018. Retrieved 25 March 2019